Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto
Tarix: 03-01-2017 | Saat: 20:18
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto


Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb.

"Xəbəraz.az " xəbər verir ki, bununla bağlı feysbukda “Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

“Qafqazinfo” faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu məlumatların nə qədər həqiqəti əks etdirməsi araşdırılır.

Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər. Hazırda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Yüngül narahatlıq yaradacaq heç bir səbəb yoxdur.qafqazinfo

Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto


Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___