Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbuldakı terrorda həyatını mobil telefonu qurtardı - FOTO
Tarix: 02-01-2017 | Saat: 18:57
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

İstanbuldakı terrorda həyatını mobil telefonu qurtardı - FOTO


İstanbuldakı “Reina” gecə klubunda törədilən terror aktından yaralı qurtulan ABŞ vətəndaşı Jakob Raakın həyatını mobil telefonu xilas etdiyi ortaya çıxıb. O, bu gün Türk xalqına yaxşı günlər arzulayaraq İstanbuldan ayrılıb.

"Xəbəraz.az " Xezerxeber.az istinadən xəbər verir ki, Yeni ilin ilk saatlarında gece klubunda baş verən terror aktında yaralı qurtulan insanlardan biri də ABŞ vətəndaşı Jakob Raak olub.
Dostları ilə İstanbula tətilə gələn kiçik bir şirkət sahibi Raak, hadisə baş verən günü klubda olan yüzlərlə insandan biriydi.

O, bu gün həyatda qalması üçün cib telefonuna borcludur.

Çünki “Reina” gecə klubunda teröristin açdığı atəş nəticəsində güllələrdən biri onun ayağına dəyib, digəri isə cib telefonunu parçalayıb.

Həkimlərin bildirdiyinə görə, güllə telefona deyil, Raakın vücuduna dəysəydi, Raak ölə bilərdi.

Yeri gəlmişkən, hadisədə yaralanan xarici ölkə vətəndaşları bu gündən ölkələrinə dönməyə başlayıb. Jakon Raak da bu gün ölkəsinə qayıdıb. O, hava limanında media nümayəndələrinin suallarını da cavablandırıb.

J.Raak, Türkiyəyə yenidən gəlmək istədiyini açıqlayıb., amma hadisə zamanı yaşadıqlarını danışmaq istəməyib.

"Böyük bir faciə idi. Klubun içində nə baş verdiyi ilə bağlı danışmaq istəmirəm. Bura çox gözəl bir ölkədir. Çox yazıq ki, sizdə belə hadisələr olur. Çox üzücüdür. Hər kəsə ən yaxşı günlər arzulayıram. Çox yaxşı insanlarla tanış oldum -9 nəfər idi. Onlardan yeddisi yaralandı. Bura təkrar gəlmək istərdim, amma bir az daha təhlükəsiz olduqda. Çox gözəl ölkədir, insanları da yaxşıdır. Bu bəxtsizlik üçün üzgünəm. Burada çox yaxşı adamlarla tanış oldum. "Four Seasons" oteli mənimlə mütəmadi maraqlanırdı",-deyə Raak fikrini belə izah edərək Türkiyədən ayrılıb.

İstanbuldakı terrorda həyatını mobil telefonu qurtardı - FOTO


Xəbəri paylaş

8438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___