Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diqqət: Övladlarınızı bu oyundan xilas edin
Tarix: 02-01-2017 | Saat: 02:21
Bölmə:Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Diqqət: Övladlarınızı bu oyundan xilas edin
Uşaqları islam düşməni kimi hazırlayan bu oyunu bir valideyn aşkar edib.

"Xəbəraz.az " Xəzər xəbər-ə istinadən xəbər verir ki, sözügedən oyunu "Pleystor"dan yükləyəndə görüntüsü Şaxta babanı xatırladır. Uşaqlar maraq salıb bu oyunu yükləyəndən sonra isə hər şey dəyişir. Oyun qəhrəmanının atəş açdığı terrorçuların başı Kəbə formasında dizayn edilib və guya hadisələr Səudiyyə Ərəbistanında cərəyan edir. Uşaqları islam düşməni kimi hazırlayan bu oyunu bir valideyn aşkar edib. Siz də övladlarınızın bu oyunun tələsinə düşməsini istəmirsizsə, mütləq izləyin.

Şaxta baba şəkli qoyub oyunu internetə qoyublar. Yükləyəndən sonra oynamağa başlayanda isə oyun qəhrəmanının önünə gələn terrorçuların başları islamın qibləgahı hesab edilən Kəbə kimi dizayn edilib.

Görüntülər usaqları şaxta baba şəkli ilə özünə cəlb edərək aldadan, əslində isə islami dəyərləri hədəf alan Pikselmon şutinq adlı oyundandır.

Oyunda islami dəyərlərin təhqir olunduğunu övladı oyun oynayarkən Fariz Məmmədov adlı bir valideyn aşkar edib.

Fariz Məmmədov oyunu uşağın planşetindən silsə də belə halla digər uşaqların da qarşılaşa biləcəyini deyir.

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, belə oyunlardakı islami təsvirlə uşaqları şüuraltı yönləndirirlər ki, bu da onların mənəviyyatında ciddi problemlər yarada bilər.

Ağa Hacıbəyli valideynləri uşaqları oyun oynayarkən hansı oyunu oynadıqlarına xüsusi diqqətlə yanaşmağı tövsiyyə edir.

Bu oyunu hazırlayan şirkətin harda yerləşməsi ilə bağlı qısa bir araşdırma apardıq. Məlum oldu ki, həmin şirkət Birləşmiş Ştatların Nyu York şəhərindədir.



Xəbəri paylaş

8068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___