Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO
Tarix: 01-01-2017 | Saat: 18:24
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO



Aralarında əcnəbi və bir polis zabiti də olan 40 nəfər qətlə yetirilib, 69 nəfər yaralıdır. Yaralıların da bəzisinin durumu kritik.

İstanbulda Yeni İl gecəsi törədilmiş terror aktının ilkin nəticələri belədir.

Terrorçular və ya terrorçunun aradan çıxdığı deyilir. Bəzi rəsmilər həmin terrorçunun az sonra zərərsizləşdirildiyini, yəni öldürüldüyünü söyləyirlər, bəziləri isə hələ də axtarışda olduğunu.

... Dünən gecə İstanbulda, Bosfor boğazının sahilində olan populyar "Reina" ggecə klubuna təqribən 700 nəfər yığışmışdılar. Tarixi Ortaköy rayounundakı gecə klubuna toplaşanlar köhnə ili yola salıb 2017-ci ili qarşılayırdılar.

Yerli vaxtla 1.30-da kluba əynində Santa-Klaus paltarı olan bir şəxs girdi. Bəzi mənbələr isə kluba iki, hətat üç Santanın daxil olduğunu deyirlər.

Santa "Kalaşnikov" avtomatını çıxararaq klubdakı insanları gülləməyə başlayıb.

"İki nəfər yaralanıb yıxılandan sonra hamı qaçmağa başladı. Nə baş verdiyini anlayana qədər ərim dedi yi, yerə uzanım, qorxmayım. Yanımızdan xeyli adam keçdi. Bəziləri güllələnib yıxıldılar. Durmaq üçün üzərimizdən bir neçə cəsədi atmalı olduq. Ərim yaralanmışdı. Ona üç güllə dəymişdi", - klubdakı qadınlardan biri deyib.

Futbolçu Sefa Boydaşsa söyləyib: "Kimin atəş açdığını görmədim, amma atəş səsləri eşitdim. Adamlar qaçmağa başladılar. Polis tez gəldi. Sevgilim dikbadan ayaqqabılar geyinmişdi. Onu belimə alıb klubdan çıxardım. Gedəndə gördüm ki, qaçanlar yerə yıxılmış adamları ayaqlayırlar. Atəş səslərini eşhidə bilmirdim, çünki qaçaqaçdakı insanların qışqırtı səsləri çox bərk idi".

Klubdan qaçıb qurtulanlan qonşuluqdakı həyətlərə sığınıblar. Çoxu Bosfora, suya atılıb. Sonradan bu adamları xilas etmək, sudan çıxarmaq üçün əlahiddə polis əməliyyatı keçirildi.

İstanbul meri Vasif Şahin klubda bir polis zabitinin güllələndiyini, yaşanın da terakt olduğunu deyib.

"Reina" klubu populyar məkandır. İş adamları, diplomatlar arasında məşhurdur. Buna rəğmən, hücum edənlərin məqsədi Yeni İli bayram edənlərdi.

İlkin məlumatlara görə, terrorçular "Allahu əkbər!" qışqırıblar, öz aralarında ərəbcə danışıblar.

Güllə daraqlarını boşaldandan sonra onlar sakitcə klubu tərk ediblərv ə gecə İstanbulunda yoxa çıxıblar.

Hadisə yerinə gəlmiş xüsusi xidmət orqanları və polis terrorçuların ovuna çıxıb. Mediaya isə teraktla bağlı yoxlanmamış məlumatları, olay yerindən foto və videoları, xüsusilə də yaralıların görüntülərini yaymaq yasaqlanıb.

Sosial şəbəkələrə nəzər salsaq, istanbullular polisin müraciətini qulaqardına vurmayıblar.

Fəqət, sual yaranır: əgər terrorçu bir nəfərdisə, o, kimlə ərəb dilində danışırdı?

Terrorçunun qətlə yetirildiyi deyilsə də, sonradan Türkiyənin DİN başçısı Süleyman Soylu bu xəbəri təkzib edib.

O, kluba bir nəfərin hücum etdiyini vurğulayıb.

İlkin versiyalara görə, terror aktını PKK və ya İŞİD törədib.

Teraktda həlak olanların bəzilərinin ad və soyadları artıq bəllidir:

Burak Yıldız , Fatih Çakmak, Yunus Görmek, Hatice Karcılar, Bahadır Çakır, Ayhan Arık, Mustafa Jalal Abbas, Mustafa Kaya, Baran Cemal, Mustafa Barın, Kenan Kutluk, Ahmed Saud Alfadul, Muhammed Saud Alfadul, Hatice Aslandoğu, Mustafa Seymen, Hatice Uyar, Ahmed Raad (Irak), Ahmed İsam, Basma Abourazaq.

İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO


Xəbəri paylaş

8918 dəfə oxunub.

Digər xəbərlər
3-04-2017, 01:37 Məşhur aktyor ata olacaq

bütün xəbərlər
____ Instagram ___