Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

DİETOLOQDAN BAYRAM XƏBƏRDARLIĞI: “Ət yeməklərini o cür yesəniz...”
Tarix: 31-12-2016 | Saat: 22:00
Bölmə:K, Səhiyyə | çapa göndər

DİETOLOQDAN BAYRAM XƏBƏRDARLIĞI: “Ət yeməklərini o cür yesəniz...”


“Qış ayının özünə xas qidalanma proqramı var və biz bu proqrama sadiq qalaraq bayram süfrəsi qurmalıyıq”. Bunu açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib.

Mütəxəssis bildirib ki, bayram süfrəsini hazırlayarkən iki həssas detala diqqət etmək lazımdır: “Bayram günlərində əhali nədənsə düşünür ki, bayram süfrəsinə ancaq axşam 20:00-21:00-dan sonra əyləşmək olar. Hamı süfrəni hazırlayıb həmin saatı gözləyir. Bəzən hətta belə də olur ki, süfrəni hazırlayıb saat 12-ni gözləyirlər. Bayram günü səhər saatlarından tədarük olunan salatlar, isti yeməklər, qazlı içki, hətta şirniyyat yeyilir. Qidalanmada isə yeməklərin bu cür ardıcıllıqla eyni gündə, eyni saatlarda yeyilməsi ən ciddi səhvdir. Halbuki bunlar hamısı bir süfrədə olmalı deyil. Məsələn, hazırladığımız şirniyyatı bayram günü səhər yeməyində yeyə bilərik”.

Bayram sevincinin tək yeməklə əlaqəli olmadığını vurğulayan dietoloqun sözlərinə görə, bayram günü 5 dəfə qidalanma rejiminə əməl etməliyik: “Biz həmişə arıqlamaq istəyən insanlara tövsiyə edirik ki, yalnız bir dəfə yeməkdən imtina etsinlər. Yəni çoxlu yemək saatlarına üstünlük vermək lazımdır. Bayram günləri isə biz bir dəfə yeməyə oturub bütün qidaları qatıb qarışdırsaq, həm çox kalori qazanırıq, həm də qidaların bir-biri ilə əlaqəsi pozulmuş olur. Ona görə səhər saatlarından etibarən gündə 5 dəfə qidalanmaya sadiq qalmaqla bayramı qeyd etməliyik. 3 dəfə əsas yemək, 2 dəfə isə ara yemək olaraq meyvə, şirniyyat, çərəz yemək olar”.

Yeni il gecəsi hazırlanan salatlara toxunan dietoloq L.Zülfüqarlı deyib ki, bayram günü salatların yağda hazırlanması daha orqanik sayılır: “Bu salatların həzm prosesi daha asan olur. Bundan başqa, bayram süfrəsini bəzəyən paytaxt salatının hazırlanmasında mayonez istifadəsi məsləhət deyil. Mayonezin yerinə smetan, ya da qaymaq istifadə edilsə, daha faydalıdır. Yeni il gecəsi süfrədə ketçup, mayonez kimi süni işlənmiş qidalardan hazırlanmış salatlar olmasa, daha yaxşı olar”.

O ki qaldı isti ət xörəklərinə, onlar növbəli şəkildə, 1 saat fasilə ilə yeyilməlidir: “Bayram süfrəsində həm toyuq, həm balıq, həm dolma, həm də plov yeməkləri olur. Bunların hamısını eyni vaxtda yemək doğru deyil. Bu, qeyri-sağlam qidalanma sayılır. Gün ərzində aralarında bir saat fasilə olmaq şərtilə yeyin. Məsələn, balıq yemisinizsə, 1 saat sonra da dolma yeyin”.

Dietoloq bayram süfrəsində rəngarəng qazlı içkilərdən qaçmağı məsləhət görür: “Asit tərkibli həmin içkilər çox ziyanlıdır. Bu içkilərin yerinə qatıqdan hazırlanmış ayran olması məqsədəuyğundur. Həm də əgər süfrədə plov varsa, orda mütləq qatıq olmalıdır. Digər ət yeməkləri zamanı isə ümumiyyətlə, içki içməmək məsləhətdir. Yeməkdən 1 saat sonra çay süfrəsində maye qəbul oluna bilər. Bilirsiniz ki, bayram günləri şərabsız da ötüşmür. Burda xəfif bir qayda var ki, balıq, ət yeməkləri yeyərkən çox az miqdarda qırmızı şərab içilə bilər. Əgər keyfiyyətlidirsə”.

“Bayramda orqanik şəkildə hazırlanmış xiyar, pomidor, kələm turşularından yemək olar, amma az miqdarda. Əsasən ət yeməklərinin yanında, qatışdırmamaq şərti ilə yemək olar”, - deyə L.Zülfüqarlı əlavə edib.lent.az



1498 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___