Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhsil Nazirliyindən "Qarabağın tarixi" vəsaiti ilə bağlı AÇIQLAMA
Tarix: 30-12-2016 | Saat: 17:47
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Təhsil Nazirliyindən "Qarabağın tarixi" vəsaiti ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi Milli Məclisin iclasında "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinfində Azərbaycan və Dağlıq Qarabağın tarixinin ayrı-ayrı kitablarla tədris olunmasına etiraza münasibət açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan “Tarix” dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb: “Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb. “Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb”.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___