Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XƏBƏRDARLIQ: Paytaxtdakı tunellərdən keçəndə diqqətli olun - VİDEO
Tarix: 30-12-2016 | Saat: 11:13
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Həftə-Reytinq | çapa göndər

XƏBƏRDARLIQ: Paytaxtdakı tunellərdən keçəndə diqqətli olun - VİDEO


''Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, 70-i keçənləri çəkir''.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara hətta həmin radara düşən avtomobillərin şəkli də əlavə olunub.

Məlumat sosial şəbəkədə o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıblar. Məlumatda bildirilir ki, guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət ediblər.

Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirdi.

Sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var.

Bölmə rəisi sürücülərə tövsiyə etdi ki, belə yanlış məlumatlar yaymaqdansa yollardakı sürət həddinə əməl etsinlər. Ən azından, təhlükəsizlik baxımından.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş

9668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___