Saçlarınızı yuyandan sonra daramayın, yoxsa...
Tarix: 29-12-2016 | Saat: 15:28
Bölmə:Karusel / Qadınlar / Foto-fakt | çapa göndər
Saçlarınıza lazım olan diqqəti göstərirsiniz. Buna baxmayaraq, saçlarınız kifayət qədər sağlam görünmür, saç tökülmələri və qırılmalarının qarşısını ala bilmirsiniz? Buna sizin pis vərdişləriniz səbəb ola bilər. Aile.lent.az saçlarınızın sağlam olmasına mane olan bəzi vərdişləri sadalayır.
Qeyri-sağlam qidalanma
Yediklərinizin dəri və saç sağlamlığına birbaşa təsiri var. Sağlam saçlara sahib olmaq üçün xüsusilə zülal, E vitamini, sink və dəmir ehtiva edən təbii yeməklər yeməlisiniz. Eyni zamanda, hazır yeməklərdən və ciddi pəhrizlərdən uzaq durun.
Saçları çox möhkəm bağlamaq
Saçların zəif, parıltısız və qeyri-sağlam olmasının səbəblərindən biri də çox möhkəm bağlamaqdır. Çox möhkəm bağlamaq saç folekullarını gərir. Bu isə qırılmalara və hətta saç itkisinə səbəb olur. Vaxt keçdikcə folekullar zəifləyərək, keçəlliyə qədər gətirib çıxara bilər.
Saçları nəm daramaq
Çox insan bunun saça nə qədər zərər verdiyini bilmir və saçları duşdan sonra islaq olarkən darayır. Ancaq unutmayın ki, saç telləri nəm halda daha kövrəkdir. Ən yaxşısı saçları duşdan əvvəl daramaqdır. Yuduqdan sonra yumşaq bir dəsmalla qurulayın və daramazdan əvvəl bir az qurumasını gözləyin.
Tez-tez yumaq
Saçları çox şampunlamaq saç dərisindəki təbii nəmin itməsinə, saçın quruyub qırılmasına səbəb olur. Saçları hər gün yumaqdansa həftədə 2-3 dəfə yuyun.
Saça forma verən alətlər
Qadınların çoxu saçlarını evdə özü formaya salır. Lakin saçlara istilik verən hər hansı bir alət saçlarda ciddi zədələnmələrə səbəb olur. Buna görə də forma verən alətlərdən istifadəni azaldın, saç qurutma fenini aşağı dərəcədə işlədin.
Xəbəri paylaş
1 0808 dəfə oxunub.
Digər xəbərlər

7-11-2015, 23:26
Samin Dənizdən yeni klip - "Bir Dənizdir" / Video eXclusive
12-10-2018, 10:05
Bu rəngdə olan şirniyatları almayın! Xərçəng yaradır
9-11-2016, 14:12
Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək
18-02-2022, 17:25
Məktəblərdə mobil telefonlar qadağan ediləcək? - Nazirdən açıqlama
15-06-2017, 16:40
Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar- SİYAHI
20-05-2020, 14:36
Rusiyada tibb bacısının geyimi gündəm oldu
19-09-2017, 09:11
Moskvada öldürülən azərbaycanlının kimliyi bilindi - YENİLƏNİB
1-01-2016, 19:10
Həbsdəki nardaranlıların 8-i azadlığa buraxıldı