Qışda ayaqları daim üşüyən adamlara MƏSLƏHƏT
Tarix: 29-12-2016 | Saat: 14:20
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Bir çoxları qışda ayaqlarının daim üşüdüyündən şikayətlənir. Lakin ayaqlarınızı isitməyin bir neçə yolu var. Aile.lent.az qışda ayaqları isitməyin asan yolları ilə sizi tanış edir.
Doğru corablar seçin
Ayaqlarınızı isitmək istəyirsinizsə, pambıq əvəzinə yun corablar seçin. Pambıq corablar ayaqdakı təri əmərək nəmlənir, nəmli corablar isə ayaqların üşüməsinə səbəb olur. Yun, xüsusilə merinos yunundan olan corablar tərləmənin qarşısını alır və ayaqları isti saxlayır.
Duş qəbul edin
Ayaqlarınızın donduğunu hiss edirsinizsə, isti duş qəbul edin. Ayaqlarınızı isti su dolu vannada da saxlaya bilərsiniz.
İsti maye için (Qəhvə yox!)
Yaşlıların da dediyi kimi, çölünüzü isitmək istəyirsinizsə, əvvəl içinizi isitməlisiniz. Bu məqamda bitki çayı və süd kimi isti içkilər, isti şorbalar isinmənizə kömək ola bilər. İsti içki seçiminizdə kafeinli içkilərdən uzaq durun. Kafeinli içkilər damarları daraldaraq daha çox üşümənizə səbəb olar.
Hərəkət edin
Ayaqlarınızın üşüməsinə mane olmağın ən yaxşı yolu qan dövranını təmin etməkdir. Bunun üçün isə ən yaxşı yol fiziki fəaliyyətdir. Uzun müddət oturmaq əzələləri boşaldır və ürək döyüntülərini zəiflədir. Bu da bədənin soyumasına səbəb olur. Yalnız evin içində yeriyərək belə, qan dövranını fəaliyyətə gətirə bilərsiniz.
Ayaqqabınıza qışlıq döşəmə yerləşdirin
Ayaqları isti saxlamağın daha bir yolu ayaqlarla yer arasındakı məsafəni artırmaqdır. Ayaqqabılarınızın içinə yerləşdirəcəyiniz qışlıq bazalar soyuğun içəri sızmasına mane olar.
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

30-04-2022, 11:05
Laçında minaya düşən fəhlə vəfat etdi
18-04-2015, 13:57
"Avropa ermənilərdən oyuncaq kimi istifadə edir" - Türkiyəli deputat
26-08-2018, 18:10
Mehriban xanım Əliyeva olduğu kimi- Portretə ştrixlər
27-10-2021, 10:22
III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir
31-07-2016, 12:53
Apteklərin B17 OYUNU: Mütləq oxuyun!
1-04-2016, 12:51
Planşet bazarı “ölür”
20-12-2016, 22:00
Zərifin cangüdənindən utanc gətirən addım – Foto
2-10-2016, 02:06
DİQQƏT: DYP-dən sürücülərə xəbərdarlıq: 30 manat cərimə
3-12-2016, 12:29
DTX-nin xüsusi əməliyyatı: intim videolarla vətəndaşları şantaj edən şəxslər tutuldu
27-12-2022, 09:13
Yeni il üçün kafe-restoran səfası neçəyə başa gələcək? - “Səhnəyə yaxın masada qiymət 500 manatdır”