Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zabit Səmədov 1 milyon dollar uğrunda mübarizədə
Tarix: 17-03-2015 | Saat: 11:43
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Zabit Səmədov 1 milyon dollar uğrunda mübarizədə
O, növbəti döyüşünü Dubayda keçirəcək.

Aprelin 17-də Dubayda K-1-in azərbaycanlı döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirəcək.

Oxu.Az xəbər verir ki, bu, Global Fighting Championship 4 Man Heavyweight Tournament-in yarımfinal döyüşüdür.

Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. Hesabında olan 52 döyüşün 45-də (40-ı nokaut ilə) Makkinnon qələbə qazanıb və 7-də məğlub olub.

Zabit Səmədov öz opponentindən gəncdir (30 yaş), amma daha təcrübəlidir. Azərbaycanlı döyüşçünün aktivində 82 döyüş var, onların 72-də qələbə qazanıb (35-i nokaut ilə).

Digər yarımfinalda isə iranlı Cəfər Əhmədi və alman Dano İlinqa görüşəcəklər.

Yarımfinalların qalibləri 1 milyon dirhəm (təxminən 272 min Amerika dolları) alacaq. Final dekabrda baş tutacaq. Onun qalibi isə 1 milyon dollar qazanacaq.


Xəbəri paylaş

8378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___