Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada dəhşət: Ana qızını 15-ci mərtəbədən atdı
Tarix: 27-12-2016 | Saat: 11:44
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Rusiyada dəhşət: Ana qızını 15-ci mərtəbədən atdı


Rusiyanın Moskva ətrafı vilayətində dəhşətli hadisə baş verib. Vilayətin Borisovka küçəsində üzərində hündürlükdən yıxılma əlamətləri olan 7 yaşlı qızın meyiti tapılıb.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində aydın olub ki, yerli sakinlərdən biri, 34 yaşlı ana ailənin böyük qızını mənzilin pəncərəsindən aşağı atıb. 15-ci mərtəbədən düşən qız yerindəcə ölüb.
Advertising 35


Qonşuların mediaya dediyinə görə, evdəki 5 yaşlı digər qız uşağı sağ-salamat aşkarlanıb. Dəhşətli hadisə baş verən zaman uşaqların atası işdə olub.

Şahidlər bildirib ki, ailədə hər hansı konflikt olmayıb, valideynlər və uşaqlar müsbət xarakterizə olunub. Övladını məhv edən ana həbs olunub, barəsində cinayət işi qaldırılıb. Kiçik qız atanın himayəsinə verilib.

Qeyd edək ki, bu, son günlərdə vilayətdə törədilən növbəti tükürpədici hadisədir. Belə ki, dekabrın 26-da səhər saatlarında 25 yaşlı digər valideyn barəsində də həbs qərarı çıxarılıb. O, ötən şənbə özünün azyaşlı oğlunu 8 mərtəbənin eyvanından ataraq öldürdüyünə görə barəsində 2017-ci ilin 24 fevralınadək həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş

5728 dəfə oxunub.

Digər xəbərlər
8-04-2015, 15:05 Onu məhkəməyə verib,

bütün xəbərlər
____ Instagram ___