Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 2 il öncə salınan parkda indi mal-qara otarılır - VİDEO
Tarix: 25-12-2016 | Saat: 20:43
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda 2 il öncə salınan parkda indi mal-qara otarılır - VİDEO


Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2014-cü ilin may ayında istifadəyə verilən "Ecoland" parkı sular altında qalıb.

Bura əvvəllər Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin çirklənmiş ərazisi olub. Ərazinin reabilitasiya edilib, təmizlənib və yerində park salınıb. Bütün proseslər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.

"Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, park əhalinin istifadəsinə veriıən zaman belə bir xəbər yayılmışıdı: "Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi layihəsi əsasında salınan parkın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolağı salınaraq, müxtəlif dekorativ ağaclar əkilib. Uşaqların istirahəti üçün ayrıca oyun sahəsi, açıq havada idmanla məşğul olmaq üçün trenajorlar quraşdırılıb. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və fəvvarə kompleksi yaradılıb"...

Parkın indiki halı isə orada təmizlik işləri aparılmadan öncəki durumunu xatırladır. Ərazi bərbad gündədir. Büdcədən ayrılan pullar hesabına ərsəyə gələn park nəzarətsizlik ucbatından yararsız hala düşüb. "Ecoland" parkı ilə bağlı ötən il də məqalə hazırlamışdıq. Həmin günlərdə parkın nəzarətsiz qaldığını, getdikcə bərbad hala düşdüyü qeyd edilmişdi. Üzərindən 1 il keçdi və artıq bura park deyil, zibilxanadır.
Parkda bahalı ağaclar çürüyüb və aşıb. Oturacaqların hərəsi bir tərəfə yuvarlanıb. İşıq dirəkləri aşıb. Yerə döşənən daşlar su altında qalıb. Bir sözlə, buraya park demək mümkün deyil.

Reportaj zamanı diqqətimizi bir məqam çəkdi: İşıq dirəklərinə nəzər yetirəndə hiss olunur ki, onları kimsə qəsdən aşırıb. Onların zərbə səbəbindən yerə yıxıldığı aydınca sezilir. Elektrik naqilləri də yoxa çıxarılıb. Sanki parkın ilk günündən sökülməsi üçün plan qurulub və 2 ilə məqsədə çatılıb.
Həqiqət budur ki, parka xərclənən pullar göyə sovrulub. Parkın düz 10 metrliyində yekə bir tullantı gölü var. Burada toplanan çirkab suları əsl zəhər saymaq olar. Çünki suyun tərkibi neft tullantıları, ətrafına tökülən zibillərdən yaranan bakteriya və mikroblarla doludur; üfunət qoxusu hər yanı bürüyüb.

Belə bir çirkab gölün kənarında salınan parkın sonu belə də olmalı idi: Çünki parkda yağış sularının axması üçün heç bir kollektor yaradılmayıb. Təmir zamanı yerə döşənən daşlar düzgün vurulmayıb deyə, yağış suları bir yerdə toplanır və gölməçələr yaranır.
Parkın daimi nəzarət və təmizlik işçiləri yoxdur.
Belə görünür ki, burada işlər görüntü xətrinə görülübmüş. Görünən isə budur ki, kimlərinsə bu əraziyə "gözü düşüb", buranı özəlləşdirib, yerində bina, obyekt tikəcəklər. Parka da ona görə nəzarət yoxdur ki, ərazinin satılması planı mövcuddur. Necə ki, bu ətrafda evlərin bir hissəsi xırda göllərin yerində tikilib. əvvəl gölməçəni qurudub, sonra ev tikiblər.

Bəzi məlumatlara görə, buranı qəsdən bərbad hala salmalarının 2 səbəbi var.
Birinci səbəb - yenidən pul xərcləməkdir. Yəni parkı bərbad hala salaraq təmirə ehtiyacı olduğunu göstərib, büdcədən təmir-bərpa işləri üçün pul çıxarmaq...
İkinci səbəb - Ərazini satmaq. Əslində köhnə üsuldur, amma indi də işə yarayır. Əgər bir ərazini satmaq istəyirlərsə orada olan ağacları məhv etmək, ərazinin yararsız olduğunu göstərmək lazımdır. Əgər məqsəd budursa, aidiyyəti şəxsləri artıq istəklərinə çatmış saymaq olar.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, parkda mal-qara otaranlar belə var: "Buranı düzəltdilər, açılış oldu, getdilər. Cəmi 1-2 ay parkda mühafizəçi oldu. Ondan sonra heç kim nəzarət etmədi. Park salmaqla iş bitmir, ona diqqət də ayırmaq lazımdır. Görün nə vəziyyətdir ki, ərazidə camaat mal-qara otarır".
Parkın salınmasına nə qədər pulun xərcləndiyini heç bir qurum açıqlamır. Amma belə bir layihə heç də ucuz başa gəlməyib, azı bir neçə yüz min manat dövlət vəsaiti xərclənib.




Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___