Havalar mülayimləşir - Proqnoz
Tarix: 22-12-2016 | Saat: 13:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütünundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

17-03-2020, 19:36
Azərbaycanda ağır yol qəzası: 1 ölü, 2 yaralı
13-07-2015, 14:42
"WhatsApp"da yeni təhlükə
18-04-2022, 20:42
"Ayxan can verəndə yan otaqda idim, səsini eşidirdim"
26-08-2016, 00:33
Bu gün Mehriban Əliyevanın ad günüdür
15-07-2020, 15:40
Düşmənin hərbi nəqliyyat vasitəsi belə MƏHV EDİLDİ (VİDEO)
29-08-2016, 15:42
Moskvada azərbaycanlıların obyektləri sökülür - FOTOLAR
25-09-2015, 01:32
4 ildir kəsə bilmədiyi qoyunu ilə səhər yeməyi yedi - VİDEO
10-03-2021, 20:49
Əfv komissiyasında baxılan müraciətlərin sayı 850-ni keçdi
8-01-2017, 12:32
Ərdoğan hamını geridə qoydu - İlin adamı
23-03-2017, 12:54
Petrosyan: “Qarabağı tanımağı tələb etsək, bizə güləcəklər”