Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda iki çoban barəsində axtarış elan edildi - QOYUN "DAVASI"
Tarix: 22-12-2016 | Saat: 13:09
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda iki çoban barəsində axtarış elan edildi - QOYUN "DAVASI"

Məhkəmə 100-dən çox qoyunu mənimsəyən iki çoban barəsində axtarış elan edib

Mənimsəmədə təqsirləndirilən Əliş Abdulov, Mikayil Əndəlifov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliş Abdulov və Mikayıl Əndəlifov məhkəmə prosesinə gəlmədikləri üçün onların barəsində axtarış elan edilib və həbs-qətimkan tədbiri seçilməsi barəsində qərar qəbul edilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Dövlət ittihamçısı ötən prosesdə onlara cəza istəmişdi. Belə ki, o, Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidovun hər birinə 10 il, Cabir Nərimanovun 6 il 6 ay, baytar həkim Mirhüseyn Zayidovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar sovxoza məxsus 100-dən çox qoyunu mənimsəməkdə ittiham olunurlar.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
28-06-2018, 22:20 Qaxda qəza: yaralanan var

bütün xəbərlər
____ Instagram ___