Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qəbul planı tamamilə ləğv olunmur" - Təhsil Nazirliyi
Tarix: 22-12-2016 | Saat: 13:03
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

"Qəbul planı tamamilə ləğv olunmur" - Təhsil Nazirliyi


Azərbaycanda ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanması istiqamətində hazırda Təhsil Nazirliyi tərəfindən işlər aparılır.


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovaçıqlamasında deyib ki, yeni qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da mülkiyyət formasından asılı olmayaraq ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və qəbulun yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanması nəzərdə tutulur.

Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun yeni mexanizminin hazırlanması ilə bağlı Təhsil Nazirliyinə tapşırıqlar verilib və işlər gedir.

S.Gözəlov bildirib ki, işlər mərhələli şəkildə 2017-2018-ci tədris ili ərazində yekunlaşmalıdır: “ Yeni mexanizm işlənib hazırlandıqdan sonra təkliflər təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək və sonra tətbiqi gerçəkləşdiriləcək. Bu yeni mexanizmin tətbiqinin 2018-2019-cu tədris ilindən başlaması planlaşdırılır”.

S.Gözəlovun sözlərinə görə, yeni qaydaların hazırlanmasında dünya təcrübəsi də öyrənilir və qaydaların nə cür olması ilə bağlı hələ dəqiq fikir bildirmək çətindir: “Türkiyə və eləcə də Avropa ölkələrində mövcud olan ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə qaydalarına dair təcrübələr ətraflı öyrənilir. Sonda bunlar da nəzərə alınaraq Azərbaycan milli kontekstində bizə uyğun gələn qəbul və yerləşdirmə mexanizmi işlənib hazırlanacaq. Bu qaydalar mexanizmini Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsil şöbəsi hazırlayır. Təkliflər Nazirlər Kabineti tərəfindən hansı korreksiyaya uğrayacaq, hansı dəyişikliklər ediləcəyi hələ məlum olmadığı üçün dəqiq detalları demək çətindir”.

Azərbaycan prezidenti İlham Əliyevin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında” fərmanı ilə bağlı fikir bildirən S. Gözəlov deyib ki, fərmanda söhbət qəbul planının tamamilə ləğvindən getmir.

S.Gözəlov qeyd edib ki, ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə "tələbə qəbulu planı" anlayışı indi “ qəbul proqnozu yerləri” ifadəsi ilə əvəz olunub: "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ya dövlət hesabına, birdə ödənişli əsaslarla həyata keçirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/17-ci tədris ilindən etibarən ödənişli qəbul planı ləğv olunub. Amma bu o demək deyil ki, ödənişli əsaslarla tələbə qəbulu aparılmır. Sadəcə plan məsələsi ləğv edilib. Dövlət sifarişi və ya dövlət hesabına isə qəbul planı ixtisaslar üzrə aparılır, hər bir ixtisasa müəyyən sayda yer verilir. İxtisasın prioritetliyindən, ölkə iqtisadiyyatına, sosial sferaya, biznes mühitinə, dövlət müəssisələrinə tələb olunan yerlərdən asılı olaraq dövlət sifarişi üzrə yerlər ixtisaslar üzrə verilir. Ödənişli əsaslarla təhsil alan tələbələrin qəbul planının ləğvinə gəldikdə isə, əvvəllər Təhsil Komissiyası tərəfindən ödənişli əsaslarla təhsillə bağlı konkret yer verilirdisə, indi bu norma yoxdur. Yəni, təhsil müəssisələrinə əvvəl norma qoyulurdu ki, hər hansı ixtisasa bu qədər sayda ödənişli əsaslarla yer ola bilər və artıq ola bilməz. İndi isə ödənişli yerlərin sayının norması götürülüb. Yəni plan verilmir”.

Elə isə ödənişli təhsil alan tələbələrin sayı necə müəyyənləşdiriləcək? Şöbə müdiri deyib ki, ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələri özləri öz potensialını( elmi pedaqoji potensial, müəllim heyəti, kadr potensialı, infrastruktur potensialı) nəzərə alaraq, Təhsil Nazirliyinə ödənişli əsaslarla hazırlaya biləcəkləri tələbələrin sayı ilə bağlı sifariş verirlər. Təhsil Nazirliyi də hər universitetin müəllim-tələbə nisbətini, auditoriya sahəsinin müəyyən normasını əsas götürərək bu rəqəmlə bağlı həmin təhsil müəssisəsi ilə razılıq əldə edir. Bu sifarişlər əsasında ümumi proqnoz yerlər müəyyənləşdirilir və təsdiq üçün Nazirlər Kabinetinə göndərilir”.


Xəbəri paylaş

1 1578 dəfə oxunub.

Digər xəbərlər
6-04-2016, 13:18 Masallıda ZƏLZƏLƏ

bütün xəbərlər
____ Instagram ___