Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Karlov öldürülərkən silahlı mühafizəçisi harda idi? - Putin açıqladı
Tarix: 21-12-2016 | Saat: 22:52
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər

Karlov öldürülərkən silahlı mühafizəçisi harda idi? - Putin açıqladı


"Xüsusi silahlı qüvvələr xaricdə olan rus diplomatik nümayəndələrin təhlükəsizliyini yalnız səfirlik ərazisində təmin edirlər".

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Belə bir qayda var ki, səfirliyin silahlı mühafizəçisi yalnız o səfirliyin ərazisində xidmət göstərir. O, silahla kənara çıxmır. Problem bundadır", - deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, bu qayda səfir Andrey Karlovun qətlə yetirildiyi nəinki Türkiyə ərazisində, həm də bir çox ölkələrdə mövcuddur.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___