Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Evə girmişdi, dedim gözlə gəlirəm" - Qayınanasının evindən kombi oğurladı - VİDEO
Tarix: 21-12-2016 | Saat: 16:48
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Evə girmişdi, dedim gözlə gəlirəm" - Qayınanasının evindən kombi oğurladı - VİDEO


Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməliyyatçıları Hövsan qəsəbəsində baş verən oğurluq hadisəsinin üstünü açıblar.
"Xəbəraz.az "ARB TV-yə istinadən xəbər verir ki, Lamiya Gülməmmədova Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək evindən isitmə sisteminin, elektrik naqillərinin və tikinti avadanlıqlarının oğurlandığını bildirib.

Polis əməkdaşları apardıqları araşdırmaların nəticəsi olaraq oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini, 33 yaşlı Azər Məlikovu və onun qohumunu saxlayıblar. Qayınanasının evində yaxalanan Xəqani oğurluq təklifini Azərə özünün etdiyini etiraf edib.

Xəqani Əliyev - saxlanılan şəxs: "Axşam Azərgilin evinin qarşısından keçəndə evi gördüm. Dedim ki, evin içində nəsə var? Dedi ki, bilmirəm. Axşam Azərə zəng etdim ki, hardasan? dedi ki, "reşotka"nı qırıb evə girmişəm. Soruşandakı nə var orada? Cavab verdi ki, kombi. Dedim gözlə mən də gəlirəm".

Oğurladıqlarını aparmağa çalışan şəxslər naməlum avtomobilin gəldiyini görüblər. Bu zaman oğurluq malları orada qoyaraq qaçıblar.

Xəqani Əliyev: "Dəmiryolunun üstündə gördük ki, maşın siqnal verir. Elə bildik polis əməkdaşlarıdı. Götürdüklərimizi qoyub qaçdıq. Sonra Azər dedi ki, mən qayıdıram. Qayıdıb zəng elədi ki, əşyalar yoxdur".

Faktla bağlı cinayət işi açılıb.




Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
28-02-2017, 10:08 Bakı nefti də ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___