Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Tarix: 21-12-2016 | Saat: 02:03
Bölmə:K, Hadisə, Foto-fakt, Aktual | çapa göndər

Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakının Xəzər rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən cinayət hadisəsi baş verib.
"Xəbəraz.az " -ın məlumatına görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yaşayan Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov döyülüb. Cinayəti törədən şəxslər iki qardaşı əvvəlcə döyüblər, bədənlərinin müxtəlif nahiyələrinə daş parçaları ilə çoxsaylı zərbələr vurublar. Həmçinin onlara bıçaqla da xəsarət yetiriblər.
Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə Mülkədar Nəzərovun yaşadığı evdə baş verib. Cinayəti törədənlər isə Mülkədar Nəzərovun qaynı Oruc Salmanov və onun dostları olub.
Oruc Salmanovla birlikdə cinayəti törədənlərdən ikisi müəyyən edilib. Onlar Xanbaba və Elnur adlı şəxslərdir. Hələlik digər iki nəfəri müəyyən etmək mümkün olmayıb.
Qohumlar arasında mübahisə bu ilin iyul ayından başlayıb. Oruc Salmanov Mülkədar Nəzərovun adına böyük bir obyekt alıb. Mülkədarı vergilərdən narahat etməyə başlayıblar, onun adına böyük məbləğdə cərimlər gəlib. Bundan narahat olan Mülkədar qaynından həmin obyekti adından çıxarmasını istəyib.
Qayın-yeznə mübahisə düşüb, Oruc Mülkədarı əlinin içindən bıçaqla vurub. Xəsarət böyük olmadığı üçün Mülkədar bunu heç kimə deməyib.
Amma Mülkədarın ailəsində mübahisə davam edib, ailə dağılma həddinə çatıb. Ər-arvadın boşanmaq istəməsi Oruc Salmanovun xoşuna gəlməyib.
Oruc Salmanov Mülkədar Nəzərovu hədələməyə başlayıb, onu “sən kimsən ki, bacımla boşanırsan, bacımı boşadığı halda başını kəsərəm” deyə təhdid edib.
Bildirilir ki, sonuncu dəfə, yəni dekabrın 18-də Oruc Salmanov və 5 dostu onun həyətinə gəlib. Həmin vaxt Mülkədar Nəzərov onunla eyni həyətdə yaşayan bacısının evində olub. Mülkədarı "məhkəmədən məktub var" adı ilə bacısının evindən çağırıb, öz həyətinə aparıblar.
Orada Oruc Salmanov və dostları Mülkədar Nəzərovu döyməyə başlayıblar. Qardaşının səsinə İsgəndər gəlib. İsgəndəri də qardaşı ilə birlikdə döyüb, bıçaq xəsarətləri yetiriblər.
Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO
Bakıda vəhşicəsinə döyülən iki qardaşa görünməmiş işgəncələr verildi - FOTO



14218 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
29-03-2017
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___