Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA
Tarix: 20-12-2016 | Saat: 18:57
Bölmə:Karusel / Səhiyyə / Bizim seçim | çapa göndər

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA


Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib.

"Xəbəraz.az "bildirir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.

M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.

Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar:

"Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.





2498 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___