Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gözləyirdilər ki, Türkiyəyə ultimatum verək - Jirinovski
Tarix: 20-12-2016 | Saat: 02:27
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Gözləyirdilər ki, Türkiyəyə ultimatum verək - Jirinovski
Əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin təəssüflər olsun ki, çox şahidi oluruq. Bu adətən müharibə şəraitində və ya düşmənçilik edən ölkələrdə olurdu. Lakin bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Sözsüz ki, bu sui-qəsd aksiyası təribatdır. Məqsəd Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasını pozmaqdır.

APA-nın məlumatına görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

"Yaxın günlərdə Ərdoğan Rusiyaya birgünlük səfər etməliyidi. Yanvar ayında isə Türkiyə prezidentinin böyük səfəri gözlənilirdi. Ərdoğan üzünü Rusiyaya çevirir. Ona görə də Qərb xüsusi xidmət orqanlarına bu sərfəli deyil. Türkiyə bir siyasi meydandan digərinə keçməyə qərar verib. Ankara Rusiya istehsalı hərbi texnikalar sifariş verib. Sabah Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin görüşü keçiriləcək. Moskva-Ankara-Tehran Suriya münaqişəsi ilə bağlı birgə əməkdaşlıq edəcəklər. Qərb bundan qorxur. Rusiya, Türkiyə və İranın Suriya münaqişəsi ilə bağlı birləşməsi NATO və Avropa Birliyini qorxudur", - deyə RLDP lideri qeyd edib.

V.Jirinovskinin sözlərinə görə, Ankaradakı Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsinin arxasında məqsəd var: "Məqsəd Moskva ilə Ankaranın arasını vurmaqdır. Onların fikrincə, təyyarə qalmaqalından sonra 8 ay münasibətləri kəsilən Rusiya və Türkiyə gərək səfir sui-qəsdindən sonra müharibə həddinə çatsınlar. Onlar gözləyirlər ki, biz Türkiyəyə ultimatum verəcəyik. Lakin biz bunu etməyəcəyik. Onlar bizim aramızı vurmağa çalışırlar. Lakin biz bunun əksini etməliyik. Münasibətlərimizi daha da möhkəmləndirməliyik".


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___