Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astroloji proqnoz - 20 dekabr
Tarix: 20-12-2016 | Saat: 02:01
Bölmə:Karusel / Gündəm / M2 / Qoroskop | çapa göndər

Astroloji proqnoz - 20 dekabr
Qoç - yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var. İfrata varmayın. Vədləri yerinə yetirin.
Buğa - maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın.
Əkizlər - yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var. Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın.
Xərçəng - qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın.
Şir - cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın.
Qız - maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin.
Tərəzi - anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın.
Əqrəb - günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər.
Oxatan - səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına yönəldin.
Oğlaq - yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz.
Dolça - ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur. Uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin.
Balıqlar - maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.


Xəbəri paylaş

8178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___