Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SON DƏQİQƏ: Ankarada silahlı hücuma məruz qalan rus səfiri ölüb - YENİLƏNİB - VİDEO
Tarix: 19-12-2016 | Saat: 22:03
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV / Həftə-Reytinq | çapa göndər

SON DƏQİQƏ: Ankarada silahlı hücuma məruz qalan rus səfiri ölüb - YENİLƏNİB - VİDEO



21:22

Türkiyənin paytaxtı Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri Andrey Karlov ölüb.

Bu barədə Trend "Milliyət"ə istinadən xəbər verir.

Qeyd edək ki, mədəniyyət mərkəzində rəsm sərgisinin açılışı zamanı baş verən silahlı hücumda səfir və daha 3 nəfər xəsarət almışdı. Hücumu törədən şəxs hadisə yerində öldürülüb.

-----------

20:56

"Xəbəraz.az " bildirir ki, səfirə hücum edən şəxs zərərsizləşdirilərək öldürülüb, polis əməliyyatı başa çatıb.

Trend Hürriyət qəzetinə istinadən xəbər verir ki, silahlı şəxsin sərgi salonuna polis paltarında daxil olduğu açıqlanıb.

Artıq Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirlik türk rəsmiləri ilə əlaqə saxlandığını və hadisə barədə prezident Vladimir Putinin məlumatlandırıldığını bildirib.

---------

20:38

"Xəbəraz.az " bildirir ki, Andrey Gennadiyeviç Karlov Ankarada Müasir Sənət Muzeyində rəsm sərgisinin açılışında imiş. Nitq söyləyərkən ona hücum edilib.

Rusiya səfiri Türkiyədə sui-qəsdə uğradı

---------

20:28

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd edilib.
"Xəbəraz.az " bildirir ki, silahlı hücuma məruz qalan səfir Andrey Karlov yaralı halda xəstəxanaya çatdırılıb.



Xəbəri paylaş

9338 dəfə oxunub.

Digər xəbərlər
17-01-2017, 14:16 Yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___