Təhsildə YENİLİKLƏRin tətbiqi başlanır
Tarix: 18-12-2016 | Saat: 12:41
Bölmə:Karusel / Təhsil / Bizim seçim | çapa göndər
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Təmayülləşmə peşə-ixtisas təhsili və ali təhsillə əhatə olunma səviyyəsini yüksəldəcək, əmək bazarına daxil olan gənclərin işsizlik riskindən qorunmasına kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcək. Azərbaycanda bundan sonra da təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.
Sənədə görə, ümumi təhsil sistemində "yaddaş" məktəbindən "təfəkkür" məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcək. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüslər dəstəklənəcək.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

31-03-2015, 22:02
Kredit faizləri ilə bağlı mühüm xəbər-VİDEO
19-07-2021, 15:56
Türkiyədə çağırış: Ruslar üçün sərhədi bağlayaq!
23-01-2017, 17:08
“Sualı bizə yox, Lider TV-yə verin”- Səfirlikdən açıqlama
11-03-2019, 12:06
Problemli kreditlərin həcmi açıqlandı
25-01-2016, 22:29
Bakıda aksiya: "Qazımızı verin!"
30-08-2016, 20:24
Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi
4-06-2016, 21:46
Obama: “Respublikaçılara oxşamayın”
8-10-2016, 18:44
Rusiyanın ehtiyat fondu tükəndi – Rəsmi
12-07-2020, 18:24
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 8 pasiyent vəfat etdi