ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq ənənələri
Tarix: 17-12-2016 | Saat: 10:07
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər
ABŞ-da məşhur və olduqca geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Müsahibəni Con Batçelorla yanaşı ABŞ-da tanınmış ictimai xadim, yəhudi icmasının ən nüfuzlu nümayəndələrindən biri Makolm Hoenlein aparıb.
Səfirlikdən verilən məlumata görə, verilişin dünya xəbərləri çərçivəsində baş tutmuş müsahibədən əvvəl aparıcı Azərbaycanın mühüm əhəmiyyətli Xəzər dənizi regionunda yerləşdiyi, həmin regionda sabitlik rolunu oynadığı və vacib enerji ölkəsi olduğu vurğuladı.
Müsahibə zamanı səfir Süleymanov Azərbaycanın zəngin tolerantlıq və mültikulturalızm ənənələrinə toxunub, müxtəlif din nümayəndələrinin dinc və həmrəylikdə yaşadığı, ölkəmizdə heç zaman ksenofobiya və ayrı-seçkiliyin olmadığını önə çəkib. Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində bu ənənələrin daha da gücləndiyi vurğulanıb. Buna misal kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin öz tvitter səhifəsindəki "Azərbaycanda heç bir zaman ksenofobiya və ya anti-semitizm olmayıb və heç vaxt olmayacaq" bəyanatını xatırlatdı. Həmçinin E.Süleymanov bildirdi ki, bu yaxınlarda Səfirliyin həmtəşkilatçı olduğu azadlıq və müxtəlifliyə həsr olunmuş Hanukkah tədbirində Azərbaycanın dünyada tolerantlıq və mənəvi körpü kimi tanınması sayəsində öz aralarında müxtəlif ziddiyyətləri olan dairələri bir araya gətirib. Buna xüsusi misal kimi E.Süleymanov Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı kimi qeydiyyata alınmış Fələstin nümayəndəliyinin rəhbəri və İsrail səfirinin tədbirdə birgə iştirakını vurğuladı.
Bundan sonra, E.Süleymanov aparıcının Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif suallarına cavab verib və bu xüsusda Böyük İpək Yolu və Azərbaycandan keçən Qərb-Şərq və Şimal-Cənub marşrutları, İsrail-Azərbaycan əlaqələri, Azərbaycan torpaqlarının işğal edilməsi, yeni seçilmiş növbəti ABŞ Administrasiyası ilə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin gözləntiləri barədə məlumat verib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Xəbəri paylaş
5528 dəfə oxunub.
Digər xəbərlər

11-01-2016, 13:56
İlham Əliyev yeni zavodun açılışında – FOTO
29-04-2016, 11:32
Bakıda 13 yaşlı qızı şantaj edən şəxs yaxalandı - VİDEO
15-09-2020, 12:31
Məhkəmə Əli Kərimlinin şikayətinə baxdı - Qərar
25-05-2016, 15:42
Lavrov: “Qazprom Avropanın cənubunda...”
16-02-2017, 15:45
Xaçmazda maraqlı ideya: nömrələdilər, xilasedicilərin işini asanlaşdırdılar - VİDEO
27-05-2022, 12:40
"Azərbaycanda ilk "Audi"ni mən sürmüşəm" - Flora Kərimova
12-07-2015, 17:42
Barselonada faciə - 1 ölü, 6 yaralı
22-09-2015, 20:26
Zərbə qadını yoldan ikinci mərtəbəyə atdı - Dəhşət
18-04-2016, 19:21
Cəbrayıla yeni icra başçısı təyin edildi