Şaxta baba, Qar qız olmaq istəyənlərin NƏZƏRİNƏ
Tarix: 16-12-2016 | Saat: 17:48
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bayram günlərində Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlər üçün artıq müraciətlərin qəbuluna başlanılıb.
"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, departamentə indiyə qədər 6 müraciət daxil olub.
Ə.Bağırovun sözlərinə görə, Şaxta baba və Qar qız olmaq istəyənlər üçün icazənin verilməsinə dekabrın 20-dən sonra başlanılacaq. İcazə alan şəxslər elə həmin tarixdən fəaliyyət göstərə biləcəklər.
Departament rəsmisi əlavə edib ki, Şaxta baba, Qar qız və fotoqraflar Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödəməlidirlər:
"Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan, şəkli özləri çəkirlər. Son illərdə Şaxta baba, Qar qız olmaq istəyənlərin də sayı azalıb".
Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta baba, Qar qız fəaliyyəti ilə qanunsuz məşğul olanlar 80 manat məbləğində cərimələnə bilərlər.
Xəbəri paylaş
1 7148 dəfə oxunub.
Digər xəbərlər

2-03-2016, 15:48
Əli Mirəliyev "İlhamə Quliyeva heç vaxt hamilə olmayıb" deyib
11-12-2018, 16:34
Vasif Talıbovun sabiq müavini vəfat edib
17-02-2017, 00:48
Memarın ideyasıyla hazırlanan HEYRANEDİCİ TORT NÜMUNƏLƏRİ - FOTOLAR
6-03-2017, 14:18
“Biz türk deyilik, axı niyə üzr istəməliyəm?” — Arif Rəhimzadədən növbəti qalmaqallı AÇIQLAMA
11-06-2016, 16:41
ABŞ öz müttəfiqlərini bombaladı
27-04-2016, 16:26
Moskvada terror həyacanı: 9 vağzal yoxlanılır
20-08-2016, 11:04
«Belim iki yerdən sınıb, ayaqlarım da sınıq-sınıqdır, qanqren sürətlənir. Şirkət nə yardım edir, nə kompensasiya ödəyir».
24-05-2023, 10:34
Azərbaycanda 7,5 gücündə zəlzələ olacaq? - Açıqlama