Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR-ın magistral kəmərində qəza baş verib - Gürcüstan qazsız qalıb
Tarix: 16-12-2016 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

SOCAR-ın magistral kəmərində qəza baş verib - Gürcüstan qazsız qalıb



Bu gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçə magistral qaz kəmərində baş verən qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb. Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.

"SOCAR Georgia Gas" şirkətinin Acarıstan filialından bildirilib ki, qəza yerinə texniki briqadalar cəlb olunub: "Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq".

"SOCAR Georgia Gas" SOCAR-ın törəmə müəssisəsidir və Gürcüstana təbii qazın distribusiyasını həyata keçirir.


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___