76 yaşlı kişinin butulkadan tikdiyi qeyri-adi ev - VİDEO
Tarix: 15-12-2016 | Saat: 21:36
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
76 yaşlı Baləhməd Xanbabayev butulkadan istifadə edərək özünə qeyri-adi ev tikib.
"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, hamının diqqətini çəkən bu ev 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.
Tikilinin lahiyəsi də özünə məxsusdur. Sözügedən evin inşaasına da 16 il öncə başlanılıb. Hazır vəziyyətə gətirilməsinə 4 il vaxt sərf edilib. Evin tikilməsinin isə maraqlı tarixçəsi var.
Baləhməd Xanbabayev - Evin sahibi: "Mən bura gələndə meşələrdə butulka çox idi. Fikirləşdim ki, bunlardan nə yaradım? Yavaş-yavaş planımı qurub, evi tikməyə başladım".
İndi onun evi Azərbaycanla yanaşı xarici ölkələrdə də tanınır. Nabrandakı butulka ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb.
Otaqların qızdırılmasında isə odundan istifadə edilib. Buraya yayda çox turist gəlsə də, qış fəslində isə qonaqlar nadir hallarda üz tutur.
Baləhməd Xanbabayev: "Gəlib baxırlar, şəkillər çəkib gedirlər. Yayda çoxu istirahətə gəlir. Xoşlarına da gəlir. Qış fəslində isə az-az gəlirlər və 40-50 manata bütün binanı verirəm".
Artıq Nabranda qaz xətlərinin çəkilməsinə start verilib. Bu isə növbəti ildən etibarən qış aylarında da turist cəlb etməyə imkan yaradacaq.
Qış mövsümündə qeyri-adi məkanda dincəlmək istəyənlər, Nabran sakininin boş butulkadan istifadə edərək tikdiyi evi seçə bilərlər.
Xəbəri paylaş
9908 dəfə oxunub.
Digər xəbərlər

24-04-2016, 13:22
Keçmiş polis rəisi ailə üzvləri ilə birgə öldürüldü - RUSİYADA
23-05-2016, 14:06
Şıxəli Əliyevin evindən 5 kilo narkotik tapıldı
22-09-2016, 14:48
Xəbərdarlıq: güclü külək, dolu
7-12-2016, 20:23
"Yaprak dökümü"ndə bacı-qardaşı canlandıran 10 illik ailə - FOTOLAR
7-07-2016, 01:09
V ixtisas qrupuna keçirilən imtahanların nəticələri açıqlandı
9-08-2015, 18:08
Əli Həsənov: Rasim Əliyevin vəfatı xüsusi nəzarətə götürülüb
9-06-2017, 20:17
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı ƏMR
26-04-2017, 16:36
Qapıçı elə bir qol vurdu ki... - Video
4-01-2016, 20:24
“Apteçka”da hansı dərmanlar olmalıdır?-Maşın sürənlər mütləq oxusun