“Azay qayıdacaq, buna inanıram...” - İtkin neftçinin həyat yoldaşı
Tarix: 15-12-2016 | Saat: 18:20
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
"Xəbəraz.az " xəbər verir ki, itkin düşən neftçi Güloglan Zülfüqarovun oğlu Elçin Zülfüqarovun AzVision.az-a verdiyi məlumata görə, atası hadisədən əvvəl onlara zəng edib.
“Dünən axşam saatlarında atam evə zəng etmişdi. Dedi ki, növbəni təhvil verib. Səsini yaxşı eşidə bilmirdik. Hiss olunurdu ki, güclü külək əsir, atam çətinliklə danışdı”.
İtkin düşən neftçinin qardaşı Azay Zülfüqarov da ötən gün həyat yoldaşı ilə əlaqə saxlayıb. Neftçinin xanımı Çimnaz Zülfüqarova bildirib ki, o, həyat yoldaşının sağ qayıdacağına inanır.
“Axşam saat 8-də Azaydan zəng gəldi. Uşaqlara görə çox narahat idi. Dedi ki, uşaqlara yaxşı bax. Onlar xəstələndiyi üçün Azayın keyfi yox idi. Uşaqlardan birinin 2, digərinin 3 yaşı var. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Azay öz ailəsinin, uşaqlarının yanına qayıdacaq. Buna inanıram”.
Qeyd edək ki, Zülfüqarov Azay və Zülfüqarov Güloglan qardaşdılar.
Xəbəri paylaş
9268 dəfə oxunub.
Digər xəbərlər

15-06-2016, 16:35
Kremlin kuklası “erməni soyqırımı”nı tanıyır
11-04-2023, 12:21
“Yeməyib-içməyib Maldivə getmişik” - azərbaycanlı müğənni - VİDEO
23-05-2021, 11:26
Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırdı
25-07-2016, 11:39
Bakıda eskalator xanımı o dünyalıq edəcəkdi - FOTO +18
25-07-2017, 12:49
Mədinə Məlik, Rəşad Həmidov və Jonny kimi hazırlaşdıracaqlar? - AUDİO
25-01-2019, 08:13
Neftin qiymətindən xəbər VAR
21-01-2017, 12:36
Aygün Kazımovanın 30 illik dostundan İRAD – VİDEO
25-04-2016, 13:28
Elektrik yarımstansiyasında faciə: ölən var