Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dollar 97 faiz qalxacaq
Tarix: 14-12-2016 | Saat: 14:04
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Dollar 97 faiz qalxacaq

Dollar 97 faiz qalxacaq2017-ci ildə də dollar bahalaşmaqda davam edəcək.

Bunu Sherg.az-a Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının nəticələrindən danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.

Onun sözlərinə görə, dolların bahalaşacağı ilə bağlı iqtisadçıların proqnozları özünü doğruldur:

"1975-ci ildən ABŞ-ın dolları tədavül vasitəsi kimi daha çox alınıb, satılır. FED uçot dərəcəsini artırarsa, bu ondan xəbər verir ki, dollar başqa ölkələr üçün baha olacaq. İqtisadiyyatı şaxələnməyən və konkret bir sahədən asılılığı olan dövlətlərə bu daha pis təsir edir. Nəticə olaraq, manatın ucuzlaşmasının davam edəcəyi gözlənilir. İqtisadiyyatın nizama salınması üçün qəbul edilən dövlət proqramları qısa müddətdə ixrac potensialının artırılmasına, bu sahədə dirçəlməni həyata keçirməyə imkan vermir. Buna görə də, hökumət iqtisadi islahatları və inzibati fəaliyyəti daha da artırmalıdır. Hazırda əldə olunan statistikaya uyğun deyə bilərik ki, Azərbaycana kapital axını çox zəif formada baş verir, hətta ölkədən digər dövlətlərə vəsait axını sürətlə artır. Məsələn, Türkiyədə ölkəmizin kapitalı hesabına 5 mindən yuxarı müəsisə açılıb. Gürcüstana isə 600 milyon Azərbaycan vəsaiti ötürülüb. Bunun qarşısını almaq üçün sahibkarlığın şəffaf fəaliyyətinin stimullaşdırması həyata keçirilməlidir".

Qeyd edək ki, xarici "FedWatch" proqramının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında uçot dərəcəsinin artırılması ehtimalı 97%-dir.


Xəbəri paylaş

9818 dəfə oxunub.

Digər xəbərlər
4-01-2016, 11:52 Neft kəskin bahalaşdı

bütün xəbərlər
____ Instagram ___