Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ard-arda iki güclü zəlzələ oldu
Tarix: 13-12-2016 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Azərbaycanda ard-arda iki güclü zəlzələ oldu



11:07

İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev teleqraf.com-a açıqlamasında bildirib ki, zəlzələ rayon mərkəzinə yaxın yaşayış məntəqələrində hiss olunmayıb: "Zəlzələnin baş verdiyi episentr İsmayıllı rayonun dağıq ərazilərində qeydə alınıb. Zəlzələ əsasən Babadağ ərazisində baş verib".

Rövşən Ağayev qeyd edib ki, zəlzələ zamanı hər hansı dağıntı baş verməyib: "Zəlzələ yaşayış məntəqələrində çox cüzi şəkildə hiss olunduğu üçün evlərə heç bir ziyan dəyməyib".

----------

10:08

Bu gün İsmayıllıda ikinci zəlzələ baş verib.
"Xəbəraz.az " bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

----------

09:12

Azərbaycanda zəlzələ baş verib.
"Xəbəraz.az " xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.



Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___