Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“670 min manatı həbsdə özünü asan MTN polkovnikinə vermişəm” - ŞOK İDDİA
Tarix: 12-12-2016 | Saat: 18:45
Bölmə:Karusel / Gündəm / Foto-fakt / Aktual | çapa göndər

“670 min manatı həbsdə özünü asan MTN polkovnikinə vermişəm” - ŞOK İDDİA

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib.

O, ifadəsində Əlövsət Məhərrəmovla rəsmi nikahlarının olmadığını deyib: “İmam nikahımız olub və həmin nikahdan bir övladımız var. Onun nə işlə məşğul olmasından xəbərim yoxdur. O, sadəcə uşağımın atası olub. Onun işlərinə ümumiyyətlə qarışmırdım. Onu bilirdim ki, bir neçə il əvvəl Dəmiryolu Xəstəxanasında işləyirdi”.

İş üzrə zərərçəkmiş şəxs Validə Məmmədova bildirib ki, hadisə olandan sonra Mehribangilin evinə gedərək, ərinin ondan pul alıb qaytarmadığını deyib: “Evdə də mənə nağıl oxudu. İndi sizin 6200 manat pulunuz yoxdur ki, pulumu verəsiniz, çıxım gedim?”.

Prokuror təqsirləndirilən Əlövsət Məhhərəmova sual verərək, zərərçəkənlərə vurduğu 670 min manatı neylədiyini soruşub.

Təqsirləndirilən şəxs həmin pulu həbsxanada özünü asan MTN əməkdaşına verdiyini iddia edib: “Həmin pulu MTN əməkdaşı olan İlqar Əliyevə vermişəm”.

Zərərçəkmişlər təqsirləndirilənin yalan danışdığını bildiriblər: “Dünənə qədər belə şey demirdi. İndi yalandan uydurur. Bilir ki, adam ölüb gedib, pulu almaq olmayacaq, ona görə belə deyir”.

Məhkəmə dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmişlərin hamısı deyir ki, Ə.Məhərrəmov özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək onları işə düzəltmək vədi verib.


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___