Azərbaycanda görünməmiş toy - Kortejə 5 min xərcləndi - VİDEO
Tarix: 10-12-2016 | Saat: 10:45
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Gecə yarısı keçirilən atəşfəşanlıq şəhər əhalisini yuxudan oyadıb.
"Xəbəraz.az " sputnik.az-a istinadən xəbər verir ki, dekabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 01.30 radələrində, İmişli şəhər əhalisinin narahatlığına səbəb olan hadisə baş verib. Təxminən yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Sakinlər yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub. Şahidlərin sputnik.az-a dediklərinə görə, sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Sonradan məlum olub ki, həmin gün İmişli şəhərindəki mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Rusiyada yaşayan, əslən İmişlidən olan iş adamı oğlunun toyuna həmin ölkədən xeyli sayda qonaq dəvət edib.
Təkcə "Bəy-gəlin maşını"na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir. Elə havaya dəyəri minlərlə manat hesablanan fişənglər də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunublar.
Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israf qınaq obyektinə çevrilib.
Xəbəri paylaş
8258 dəfə oxunub.
Digər xəbərlər

26-04-2018, 11:27
Elçin Əfəndi evləndi - Foto
31-08-2016, 21:02
Polis avtobus sürücülərinə müraciət etdi
15-08-2015, 19:55
Dənizdə 40 miqrant boğularaq öldü
10-10-2016, 20:59
Türkiyə ilə bunu reallaşdırmaq istəyirik - Putin
18-11-2016, 12:34
Ramil Şeydayev “Trabzonspor”dan ayrılır?
17-04-2018, 21:04
Roza Zərgərli: "Canım çox ağrıyır,əməliyyat etdirdim ki..."
8-01-2016, 13:46
Azərbaycanlı qadın türkiyəli sevgilisi ilə ölü tapıldı
26-04-2023, 11:08
Sərhəddə bayrağımızın ucaldılmasını Prezidentə kim məruzə etdi? - VİDEO
18-02-2018, 12:19
Ermənilər bu gecədə dinc durmayıblar
6-05-2017, 18:29
Azərbaycan prezidentinə ağır itki