AST Telmanın ailəsində QALMAQAL - "Məni çox bərk döyürdü" - VİDEO
Tarix: 09-12-2016 | Saat: 16:45
Bölmə:Karusel / Hadisə / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşının adı ailə qalmaqalında hallanır.
"Xəbəraz.az " xəbər verir ki, söhbət iş adamının qardaşı, Moskva prefektinin keçmiş birinci müavini Fazil İsmayılovdan gedir. Belə ki, Fazil İsmayılovun keçmiş gəlini Anna S. Rusiyanın yerli kanallarından birinə danışaraq qayınatasından və həyat yoldaşından şiddət gördüyünü deyib. Anna 16 yaşında Fazil İsmayılovun oğlu Aleksandrla evləndiyini, toydan qısa müddət sonra qadağalar və şiddət gördüyünü bildirib.
Ailənin bu evlilikdən üç uşağı olsa da, xanım 10 il sonra boşanmaq istəyib, lakin qayınatasının və həyat yoldaşının etirazı ilə üzləşib. Xanım bildirib ki, Fazil İsmayılov onun xəbəri olmadan məhkəməyə müraciət edərək illər əvvəl alınan evi onun əlindən alıb. Uzun çəkişmədən sonra boşanmaya nail olan Anna həyat yoldaşı Aleksandrın uşaqları məhkəmədə qoyub qaçdığını deyib: "Boşanmaya görə məhkəməyə gələn Aleksandr iki uşağımı zalda qoyaraq təcili işi olduğunu dedi və getdi. Ortancıl qızımı isə xəstəxanadan götürdüm. Həkimlər mənə zəng etdilər və dedilər ki, Aleksandr qızı yüksək hərarəti olduğuna görə təcili yardım maşınına qoyub və tək başına xəstəxanaya göndərib".
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

17-08-2017, 12:31
MTRŞ sədri: "Efirimizdə baxmağa normal veriliş tapa bilmirəm"
5-08-2017, 22:19
Kim pullarına qənaət etmək istəyirsə, onlara 7 MƏSLƏHƏT
17-04-2021, 22:55
Aclıq aksiyası keçirən Hüseyn Abdullayevdən XƏBƏR VAR
22-01-2016, 17:26
13 min kişinin saqqalı qırxıldı, çarşablı qadınlar isə…
31-03-2015, 21:28
İŞSİZLƏR ÜÇÜN XOŞ XƏBƏR
5-05-2016, 13:23
Ərdoğan-Davudoğlu qarşıdurmasına görə türk lirəsi kəskin ucuzlaşdı
15-08-2015, 20:55
Borcu ödəyə bilmədi, bankda polisi yandırdı - Bakıda
18-04-2016, 15:24
Rusiya türklər üçün viza rejimini sərtləşdirdi