Abşeronda göl daşdı, evləri su basdı - VİDEO
Tarix: 08-12-2016 | Saat: 21:25
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Abşeron rayonunda Daşagil gölünün daşması nəticəsində bir neçə evi su basıb. Rayonun 28 may qəsəbəsində yaşayan sakinlər evlərinə daxil ola bilmirlər. Aidiyyəti qurumlar isə problemin aradan qaldırılacağını bildirirlər.
Göl daşıb, 30-a yaxın evi və həyətləri su basıb.
Sakinlər isə mənzilə pəncərədən nərdivanla daxil olmaq məcburiyyətində qalıblar. Söhbət Abşeron rayonu 28 may qəsəbəsi yeni yaşayış massivindən gedir.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, sakinlər həyətə dolan suyu su nasosları vasitəsilə boşlatmağa çalışır.Bəziləri isə mənzilə daxil ola bilmədiyi üçün yaxınlarının evində yaşamaq məcburiyyətində qalıblar.Yoldan keçmək mümkün olmadığından uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər.
Ərazidə yaşayanlar deyir ki,burada ev tikən zaman suyun səviyyəsi və sahəsi az olub.Ancaq sonrada gölün ətrafında müəssisə və evlər tikildiyindən kalanlizasiya sularıda bu gölə axıdılırki nəticədə də ərazini su basır.Bu vəziyyət ildən ilə daha da ağırlaşır.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirildiki,problemin qarşısını almaq üçün ərazidə Azərsu Açıq Səhimdar Cəmiyyəti tərəfindən işlər görülür. Azərsu Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının "XəzərXəbər"ə verdiyi məlumata görə, Daşagil gölündə suyun səviyyəsinin azaldılması məqsədilə qurum tərəfindən layihə hazırlanıb.Layihəyə görə göldən su nasoslar vasitəsilə Sumqayıt çayına vurulacaq.Bununlada göldə suyun səviyyəsi enəcək və problem aradan qaldırılacaq.bu işlərin gələn ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

25-12-2015, 11:38
Pensiyaçılara şad xəbər
9-09-2022, 12:58
ŞOK İDDİA: Bu ədviyyat acı xatirələri silir
13-11-2016, 23:13
Qardaş bacısını bıçaqlayaraq qətlə yetirdi
20-07-2021, 01:10
Məşhur müğənni xəstəxanalıq oldu - FOTO
26-10-2022, 10:30
Vəsf zamanı deyil, Ramella Şahin qızı… - Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qara əməlləri…
20-01-2019, 16:09
Sabah hava necə olacaq?
7-05-2022, 13:42
Şəhid atasına kəllə atan icra başçısı vəzifəsindən gedir - Mərdan Camalov da HƏBS oluna bilər...
17-12-2016, 23:42
Putinin 24 il öncəki tarixi şəkli yayıldı - Foto
21-06-2019, 12:31
“Mən qələt edərəm, sənə “Gülüm” deyərəm”
19-12-2015, 23:31
Putin Ukraynada erməni və gürcü məmurların davasından danışdı – VİDEO