Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında buzlaşma və tıxac var
Tarix: 08-12-2016 | Saat: 15:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında buzlaşma və tıxac var


“Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir”.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O qeyd edib ki, hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur: “Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla sürücülərimiz yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur.

Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir.

Bir daha deyirəm aidiyyəti qurumlar qışa hazır olurlar, sürücülərimiz də hazır olsalar yaxşı olar”.

*****

11:49

Faktiki hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Bakı Nəqliyyat Agentliyindən ( BNA) verilən məlumata görə, belə vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir.

Agentlikdən bildirilib ki, bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.


Xəbəri paylaş

8228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___