Azərbaycanda ali məktəblər optimallaşdırılacaq
Tarix: 07-12-2016 | Saat: 19:45
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
“2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən islahatlara başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlillər apardıq. Bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakəndəlik, saxta diplom hallarına rast gəldik”.
APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O, qeyd edib ki, ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri-qənaətbəxş idi, bu da akademik nəticələrə təsir edirdi: “Bunların qarşısının alınması üçün ölkədə vahid idarəetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əməkhaqqına yaxınlaşır”.
Nazir bildirib ki, təhsil sahəsində həyata keçirilən digər islahat məktəbəhazırlığın əhatə dairəsinin artırılmasıdır: “Artıq bütün məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Əsas problemlərdən biri məktəblərdə istilik sistemi ilə əlaqədardır ki, burada da bununla bağlı müxtəlif fikirlər səsləndi. Ölkə başçısının və baş nazirin dəstəyi ilə SOCAR və “Azəriqaz”la çalışaraq qazla təchiz olunmuş məktəblərdə bu problemin həllinə nail olmuşuq. Növbəti iki il müddətində kəndlərdə yerləşən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub. Bundan başqa, tələbə-kredit sistemi də həyata keçirilir ki, bu il 232 məktəb direktoru region məktəblərinə təyinat alıb. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu il 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq. Bu ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi həyata keçirilir”.
M. Cabbarov onu da əlavə edib ki, yaxın günlərdə ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq.
Xəbəri paylaş
7408 dəfə oxunub.
Digər xəbərlər

25-03-2016, 12:13
“Titanik” batmayıbmış: Əsrin fırıldağı – Video
12-12-2017, 15:42
Qafqaz Müsəlmanları İdarəsi Qüds şəhəri ilə bağlı BƏYANAT verdi
18-05-2022, 11:09
Filarmoniya gecə klubuna çevrilib? - VİDEO
27-02-2018, 11:31
Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb
14-01-2019, 12:39
Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü
1-05-2016, 14:22
Macarıstanda həyəcan: Naməlum təyyarə ölkəyə girdi
4-04-2022, 12:49
Qobustanda toz fırtınası - VİDEO - FOTO
24-05-2022, 13:12
Masallı rayon Qəriblər kənd tam orta məktəbində xadimə qadınları FƏHLƏ KİMİ İŞLƏDİLİR
10-06-2016, 16:14
Teleməkanın ən reytinqli verilişinin müəllifi və aparıcısı Nanə Ağamalıyevadan gözqamaşdıran – YENİ FOTOSESSİYA
1-06-2016, 06:53
Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı