Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2-3 aspirini əzin və... – BUNU BİLMƏLİSİNİZ
Tarix: 06-12-2016 | Saat: 19:31
Bölmə:Karusel / Maraqlı | çapa göndər

2-3 aspirini əzin və... – BUNU BİLMƏLİSİNİZ


Bəlkə də çoxları aspirinin dərmandan başqa möcüzəvi bir çıxış yolu olduğunu bilmir. Aile.lent.az aspirinin işə yaradığı müxtəlif sahələrlə sizi tanış edir.

Kəpəkdən xilas olun

Əgər kəpək probleminiz varsa və ondan tamamilə xilas olmaq istəyirsinizsə, aspirindən istifadə edin. 2-3 dənə aspirini əzib toz halına salın və başınızı yumaq üçün əlinizə tökdüyünüz şampuna qatın. Saçınıza və diblərinə çəkin. 5 dəqiqə gözləyin, durulayın, sonra normal şampunla təkrar yuyun. Həftədə 1 və ya 2 dəfə bunu təkrar edin.

Çivzə və sızanaqların müalicəsi

Üzünüzün gözəlliyinə mane olan çivzə və sızanaqları aspirinlə azalda bilərsiniz. 2-3 aspirini qıraraq, limon suyu ilə qarışdırın və aknelərinizə sürtün. Bir neçə dəqiqə saxladıqdan sonra yuya bilərsiniz. Hər gün bunu təkrar edin.

Geyimlərdəki ləkələri aparır

Aspirin istifadə edərək bütün ləkələrdən xilas ola bilərsiniz. 2-3 aspirini toz halına gətirin və yarım stəkan ilıq su ilə qarışdırın. 2-3 saat ləkənin üstündə saxlayın və paltarı maşına atın.

Təzə açan çiçəklər

Çiçəklərinizin təzəliyini aspirinlə qoruya bilərsiniz. Güldandakı suya bir neçə toz aspirin əlavə edin, çiçəkləri istədiyiniz kimi kəsib-düzəldin.

Burun şişliyi

Burnunuzun içindəki şişlikləri aspirin istifadə edərək müalicə edə bilərsiniz. 4 aspirin tabletini bir az su ilə qarışdırın. Qabarıq olan bölgəyə tətbiq edin və bir gecə saxlayın. Bunu hər gün təkrar edə bilərsiniz.

Ayağınızdakı qabardan xilas olun

Aspirin ölü dəri hüceyrələrindən xilas olmanıza kömək edər. 3 toz aspirini 1 qaşıq limon suyu və 2 qaşıq su ilə qarışdırın. Bir parça bezi isidin və bu bezin köməyi ilə qarışığı döyənəkli bölgəyə sürtün. 10 dəqiqə sonra daban daşı ilə təmizləyin. Dəri təmizlənənə qədər bu üsulu davam etdirin.

Böcək dişləməsi

Aspirin ağrını və şişi azaltmağa kömək olur. 2-3 aspirini bir neçə damcı suda əridin və dişlənən bölgəyə çəkin. Quruyanda ilıq su ilə yuyun. Lazım olsa, təkrar edin. Aspirin bədəninizdə olan qızartı və ya göynəməni müvəffəqiyyətlə aradan götürür.


Xəbəri paylaş

1 4108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___