Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Gələcəyi görən Ağ Şaman: "Danışa bilmərəm"
Tarix: 06-12-2016 | Saat: 19:30
Bölmə:Karusel / Maraqlı / Müsahibə | çapa göndər

Gələcəyi görən Ağ Şaman: "Danışa bilmərəm"



Tələbəlik illərində o vaxtkı SSRİ məkanında sovet vətəndaşlarından əlavə, institutumuzda xaricdən gələn tələbələr də təhsil alırdı. Kubadan, Nikaraquadan, Seylondan, Hindistandan, Vyetnamdan, İrandan, Səudiyyə Ərəbistanından, Çindən, Monqolustandan, Bolqarıstandan, Polşadan olan yaradıcı gənclər yataqxanamızın dəhlizlərində xəyal kimi dolaşır, öyrəndikləri alababat rus dili vasitəsilə bizimlə ünsiyyətə çalışırdılar.

Dərslər başlanan ərəfədə məndən bir kurs aşağı oxuyan dostum Etimad Başkeçid tuvalı tələbə yoldaşı ilə məni tanış elədi. Bu utancaq, monqolsifət gəncin adı Viktor idi. Söhbət arasında ona dedim, siz də türk xalqlarındansınız. Viktor hər ikimizin üzünə baxıb, ürəyində bizi özü ilə müqayisə edərək şirincə qımışdı və utancaq şəkildə sözümə etiraz elədi. Yəni sizin kimi almacıq sümüyü irəli çıxmış türk hara, mən hara?

Bu tanışlıqdan sonra Viktor tələbə yoldaşı Etimadla tez-tez otağıma gəlir, mənimlə dostluğunu dərinləşdirirdi. Özünün söylədiyinə görə, onun atası, babası və əcdadları qədim şamanlardan olublar.

Viktor və Etimad birinci kursu, mən isə ikinci kursu başa vurub yay tətilinə getdik. Tətildən sonra yenə yataqxanada yığılıb məclis qurduq. Həmin məclisdə Viktor dedi, sənin o türk söhbətindən sonra vətənə qayıdıb xeyli şeylər araşdırdım və məlum oldu ki, biz doğrudan da türkük. Evdən gətirdiyi Tuva dilində çap olunmuş böyük bahadırlıq dastanını bizə göstərdi. Kitabda qədim Tuva bahadırlarının qəhrəmanlığından bəhs edildiyini söylədi. Sonra belə qəhrəmanlıq dastanlarının onlarda yeddi böyük kitab olduğunu əlavə elədi. Beləcə, eyni millətdən olduğumuzu yəqinləşdirdikdən sonra Viktor bizə daha da isinişdi. Hər dəfə görüşüb söhbətləşəndə dilimizin dərinliyində gizlənmiş ortaq sözləri üzə çıxarır, birlikdə xəzinə tapmış adamlar kimi sevinirdik. Mən öz aləmimdə Viktoru daha qədim və saf qalmış türk hesab edirdim. Şaman ailəsində böyümüş, qədim inanclar və buddist fəlsəfəsinin təlqinləri ilə yaşayan Viktor həmişə mənə sirli insan təsiri bağışlayırdı...

Bu yaxında, təxminən 25 il sonra Viktorla feysbukda tapışdıq və xeyli dərdləşdik. Müsahibə verməyə razı saldıqdan sonra onunla skayp vasitəsilə söhbətləşdik:

- Viktor, yadındamı, ilk dəfə tanış olanda sənə dedim, siz də türksünüz, mənə şübhəli-şübhəli gülmüşdün?! İkinci kursa gələndə dedin, tuvalıların tarixini xeyli aradım və anladım ki, biz həqiqətən türkük.

- Əlbəttə, yadımdadı. Aradan illər keçsə də, tələbəlik illərində elədiyimiz söhbətləri tez-tez xatırlayıram. Səninlə tanışlıqdan sonra vətənə qayıdanda Kızıl şəhərindəki mərkəzi kitabxanaya getdim və tuvalıların tarixinə dair çoxlu kitab vərəqlədim. Biz muxtar vilayət şəklində SSRİ-nin, Rusiyanın tərkibinə 1944-cü ildə daxil olmuşuq. Ölkəmiz 1961-ci ildən Tuva MSSR, 1991-ci ildən isə Tıva Respublikası adlanır. Bəli, Azərbaycan Rusiyadan aralı respublika olduğuna görə sizdə milli oyanış erkən olmuşdu. Qaldı ki, o vaxtkı fikrimə baxma, bu gün məndən ötrü insanın hansı millətdən olması önəmli deyil. Əsas olan insanın düşüncəsidi.

- Bir vaxtlar deyirdin, ruslar tuvalıları ruslaşdırmağa çalışdığı üçün sizin rəsmi adınız pasportda bir cür, ailədə isə başqa cürdü. Sənin adın ailədə necədi?

- Bəli, 1954-cü ildən bizim doğum evlərində rus adları yazıb asırdılar ki, valideynlər yeni doğulan uşaqlara ordan ad seçsinlər. Mənim adım da həmin siyahıdakı adlardan götürülüb. Viktor yenilməz deməkdi. Yadımdadı, atam söyləyirdi ki, o zaman tuvalıların özləri bu yeni adlara həvəs göstərir, uşaqlarına divardakı adlardan seçirdilər. Belə baxanda, guya valideynlərə təzyiq eləməyiblər, ancaq milli adları da sənədə yazmağa qoymayıblar. Ailədə isə mənim adım Çoçaqardı. Çoçaqar güclü, əzələli insan anlamına gəlir.

- Bəs, o vaxtlar bizə göstərdiyin böyük dastan hansı bahadırdan bəhs eləyirdi?

- Mən bir neçə eposumuzu əzbərdən söyləyə bilirəm. Sizə göstərdiyim kitab “Xan-Şilqi attıq Kanqıvay Merqen” adlanır. Tərcüməsi belədi: “Bahadır Kanqıvay Merqen qırmızı Xan-Şilqi atın belində”.

- İnstitutu bitirdikdən sonra hansı işdə çalışmısan?

- Mən dağlarda doğulmuşam, yurtada böyümüşəm. Məktəb yaşım çatanda məni babamın və nənəmin yaşadığı kəndə gətiriblər. Həmin kənddə orta məktəbi bitirdikdən sonra bildiyin kimi, Moskva Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldum. İnstitutun diplomu ilə bir neçə dövlət müəssisəsində işləmişəm. Son dövrlər Rusiyanın müxtəlif şəhərlərində və xarici ölkələrdə şamançılıq haqda mühazirələr oxumaqla məşğulam.

- Hazırda harada yaşayırsan? Ailədə neçə nəfərsiniz?

- Anam və həyat yoldaşımla birlikdə Tuvanın paytaxtı Kızılda yaşayıram. İki oğlum, bir qızım var, hər üçü ailə qurub bizdən ayrı yaşayırlar. Anamın 85 yaşı var. Onun atası lamaist olub. Mən ata xəttinin davamçısıyam, yəni tenqriçiyəm. Mənə verilən ata babamdan gələn şamanlıqdı. Ata tərəfdən olan əcdadlarım səmadangəlmə sayılır.

- Bəs şaman necə yaranır? Necə olur ki, insan şaman olur?

- Şamanlıqda irsi faktor böyük rol oynayır. Əcdadlarında şaman olan uşaqların bəzilərində bu hal özünü büruzə verir. Gələcəyin şamanında mütləq qeyri-adi əlamətlər hiss olunur. Belələri hələ uşaqkən öz təfəkkür və davranışları ilə fərqlənirlər. Həddi-buluğa çatdıqdan sonra vergili olduqları gözə çarpır. Bu zaman onlar alt məkana düşüb orda əzab çəkirlər.

- Alt məkan haradı?

- Şamanların qavalı üç hissəyə bölünür, alt dünya, orta dünya və üst dünya. Orta dünya biz yaşadığımız məkandı. Alt dünya xəstələrin və ölənlərin məkanıdı. Üst dünya isə əcdadlarımızın ruhlarının yaşadığı məkandı. Üst dünyanın sahibi Xan Tenqri, alt dünyanın sahibi isə Erlik Xandı. Şamanlıq verilən gənc vergi zamanı müxtəlif formada xəstələnərək alt dünyaya düşür. Şamanlar onun ruhunu xilas edərsə, yəni həmin vergili gənc xəstəlikdən salamat çıxarsa, ona qaval və xüsusi libas hədiyyə edilir. Onlar uzun illər qavalın aşağı və orta hissələrindəki nöqtələri dambıldadıb alt və orta dünyayla məşğul olurlar. Belə gənclər qara şaman adlanır.

- Qara şaman?

- Bəli, bizdə, Qərbi Tuvada “qara şaman” sözü neqativ işlərlə məşğul olan şaman anlamına gəlmir. Əksinə, onlar öz metodları ilə xəstə adamlara şəfa verir, öncəgörmə elmini öyrənməyə çalışırlar. Qara şamanlar müəyyən kamillik dərəcəsinə çatdıqdan sonra üst dünya ilə əlaqəyə can atırlar. Üst qatdakı əcdadlarının ruhları ilə əlaqəyə girə bilən artıq ağ şaman adlanır. Ona görə ağ şamanlar əsasən qavalın üst qatında dambıldadır və bütün yardımları əcdadlarının ruhundan alırlar. Həm də ağ şamanlar öz geyimlərini geri qaytarır, şaman paltarı geyinmirlər.

- Yəqin, sən artıq ağ şamansan...

- Bəli, mən dördüncü ildi ağ şamanam. Şaman libası geyinmirəm.

- Qara şaman olanda gələcəkdən xəbər verirdinmi?

- Mənim əcdadlarımdan qalma “41 daş” falı var, həmin vasitə ilə gələcəkdən xəbər verə bilirəm. Ancaq yersiz xəbərlər çatdırmaq istəyəni ruhlar cəzalandırır. Ona görə bildiklərimin hamısını söyləməyə ixtiyarım yoxdu.

- “41 daş” metodunda 41 dənə daşdan istifadə edilir?

- Bəli, 41 ədəd xırda daşım var. Hər bir daş başqa-başqa axar çaydan gətirilməlidi. Mən onları Yenisey çayına tökülən xırda qollardan yığmışam. Həmin daşlar şaman söyləmələri ilə təmizləndikdən sonra öncəgörmə prosesinə qatılır.

- Yaşadığın Kızıl şəhərində şaman çoxdumu?

- Bəli, çoxdu demək olar. Əcdadında şaman olanların əksəriyyəti öz qədim inancını yaşadır.

- Ordakı şamanlarla görüşürsənmi? Onların həyat fəlsəfəsi, dünya görüşü haqda qısaca nə deyə bilərsən?

- Görüşürəm, əlbəttə. Əsasən, yaşlı, təcrübəli şamanlarla söhbətləşməyə üstünlük verirəm. Deyim ki, hər bir şaman individualdı. Hərəsinin öz yolu, öz fəlsəfəsi var. Onlar düşündüklərini çox nadir hallarda açıq deyirlər. Dolmuş şamanlar özlərini elə aparır, guya heç nə bilmirlər, ancaq onlar çox şey bilirlər. Həm də hərəsinin öz yolu olduğundan heç vaxt mübahisə eləməzlər.

- Bir şaman kimi, sənin dünya görüşün nələrə söykənir?

- Dünyada heç bir canlıya zərər toxundurmamaq! Onların azadlıq haqqına girməmək! Hər bir canlının yaşamasına kömək etmək! Yardım etməyi bacarmırsansa, ən azı, onlara mane olmamaq!

- Biraz geniş danışa bilərsənmi?

- Çox danışa bilməyəcəm, gərək bağışlayasan. Mənim düşüncələrim, əsasən, özümə aiddi. Bir onu deyə bilərəm ki, pozitiv şeylər düşünmək üçün öz düşüncələrini idarə edə bilməlisən. Çünki insanın bütün əməllərinin mənbəyi onun öz düşüncələridi. Əlbəttə, bu yüksəkliyi əldə etmək üçün illər sərf olunmalıdı.

- Bir şey soruşum, şamanlar necə qidalanır? Şəxsən sənin xüsusi qida rasionun varmı?

- Nəylə qidalanmaq şərt deyil, əsas xeyirxah düşüncəyə və fəlsəfəyə sadiqlikdi. Qida bədəni gücləndirib zehni iti saxlamaq üçündü. Bir çox hind təlimlərində vegeterianlıq təbliğ olunur. Çünki əksər inanc və təlimlər ətraf mühitə, coğrafi şəraitə uyğunlaşdırılır. Onlardan fərqli olaraq, bizim xüsusi olaraq heç bir pəhrizimiz yoxdu. Məsələn, Tuva şamanları canavarın maralı yeməsinə təbiətin harmoniyası kimi baxır. Əsas motivasiyadı: nə üçün yeyirsən?

- Bəs, alkoqol, siqaret, narkotik vasitələr?

- Bizim təlimdə heç bir uyuşdurucu qəbul edilmir. Bunlar şamanı saf düşüncədən sapdırar.

- Tanrını necə təsəvvür edirsən?

- Mənim tanrılarım realdı. Atam və anam mənim tanrımdı. Onlar mənə bu bədəni verməsəydi, indi burada səninlə olmazdım. Ancaq ölərkən bədənimizdən ayrılan idrakımız (tuva dilində buna sunezin deyilir) mənbəyi məlum olmayan zamandan gəlir. Bədənimiz isə sonra torpaqdan baş qaldırıb başqa-başqa formalarda canlılara çevrilir. Ona görə hər bir canlıya xeyirxah yanaşmaq lazımdı. İdrakımız isə əcdadlarımızdan bizə ötürüldüyü kimi, bizdən də gələcək nəsillərə ötürülür.

- Viktor, biz köhnə dostuq, məni yaxşı tanıyırsan, bir şaman kimi öz köhnə dostuna nələri tövsiyə edərdin?

- Keçmişi unut, gələcəyi düşünmə! İndini yaşa! Hər anı özlüyündə yaşa! Daim yenilən! Hər an möcüzə gözlə! Mözücə sənin ətrafındadı! Keçmiş keçib, gələcək naməlumdu. Lakin xeyirxah olsan, pozitiv düşünsən səni xoşbəxt gələcək qarşılayacaq. Ölümünü daim yanında gəzdir, yığcam olacaqsan! Tərəddüdə və şübhəyə vaxt yoxdu! Hər gün ölməyi və dirilməyi öyrən! Onda ölümün nə olduğunu yaxşı biləcəksən! Belədə, bu həyatdan növbəti həyata rahat keçəcəksən!

- Təşəkkür edirəm, əziz dost!

- Qədim əcdadlarımın inancına maraq göstərdiyin üçün minnətdaram!



3828 dəfə oxunub.

Digər xəbərlər
30-10-2015, 12:47 Bakıda güclü yanğın

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___