Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ürəyin dostu ARAXİS. Hər gün 1 ovuc
Tarix: 05-12-2016 | Saat: 20:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Ürəyin dostu ARAXİS. Hər gün 1 ovuc


Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur. Araxıs ürək və damarlar üçün çox faydalı məhsuldur.
Amerikada aparılmış son elmi araşdırma göstərib ki, araxisin gündəlik qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır.
Araşdırmada 120 min nəfərdən çox insan iştirak edib. Məlum olub ki, həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır.
Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.
Maqnezium damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.
Fitosterol pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar araxisi gündəlik qidalanmasına daxil etməlidir. Bu onların vəziyyətinə müsbət təsir edəcək.
Lakin bütün bu gözəl xüsusiyyətlərə baxmayaraq araxis ən güclü qida allergenlərindən biridir və allergiyadan əziyyət çəkən insanlar bu məhsulun qəbulundan imtina etməlidir.

Saglamolun.Az


Xəbəri paylaş

8238 dəfə oxunub.

Digər xəbərlər
23-06-2017, 09:42 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___