Elektirk enerjisinə necə qənaət etməli?
Tarix: 04-12-2016 | Saat: 10:44
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısı hamını düşünməyə məcbur edir. Bu şəraitdə Azərbaycan istehlakçıları qənaət mədəniyyətinin formalaşmasına çalışmalıdırlar. Əks təqdirdə onların böyük əksəriyyəti gündən-günə artan xərclərin yaratdığı maliyyə çətinliyini dəf edə bilməyəcəklər.
"Xəbəraz.az "xəbər verir ki, ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisinin tarifi kəskin bahalaşdığından iqtisadçı Qubad İbadoğlu enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində gedən müzakirələrlə bağlı bir sıra tövsiyyələri istehlakçılarla bölüşüb:
• İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
• Dəhlizlərdə, eyvanlarda səsə həssas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.
• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.
• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdırmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin.
• Bilgisayarda işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

9-04-2015, 21:53
Taksi sürücüsü maşınında 300-ədəd qızıl tapdı
3-08-2020, 11:41
Naxçıvanda daimi qeydiyyatda olan sakinlərin NƏZƏRİNƏ
26-01-2016, 21:53
Türk müğənnisi Aygün Kazımovanın ad gününü belə təbrik etdi (FOTO)
26-02-2016, 10:32
Bakıda “07” aşdı – FOTO
21-06-2021, 10:55
Çayı qənd, bal və limonla içmək olmaz - Zərərləri
21-07-2017, 12:21
"Jurnalistika"ya qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ
23-08-2021, 11:02
Ronaldodan Bayram Nurluya inanılmaz JEST - FOTO
25-05-2020, 14:57
Sercio Mattarella İlham Əliyevi təbrik etdi
13-05-2020, 18:16
Prezident Əli Həsənovun fəaliyyətini kəskin tənqid etdi
2-11-2022, 11:41
Azərbaycanda 71 yaşlı kişi məktub yazıb özünü asdı