Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Dostları ilə sevdiyi qızı oğurladı, təcavüz etdi... - Azərbaycanda
Tarix: 03-12-2016 | Saat: 13:51
Bölmə:Karusel / Hadisə | çapa göndər

Dostları ilə sevdiyi qızı oğurladı, təcavüz etdi... - Azərbaycanda


Qız qaçırmaqda ittiham olunan Şəmkir rayon sakiniləri - 1985-ci il təvəllüdlü Afiq Hüseynov və 1987-ci il təvəllüdlü Daşqın Abbasov və Ceyhun Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Xəbəraz.az " teleqraf.com-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Seyfəli kəndində yaşayan, 1994-cü il təvəllüdlü Xədicə Mehdiyeva (ad və soyad şərti verilib) Daşqın Abbasovun evlilik təklifinə rədd cavabı versə də, sonuncu inadından dönməyib.

Daşqın Abbasov qohumu Afiq Hüseynov ilə evlənmək məqsədilə Xədicə Mehdiyevanı oğurlamaq qərarına gəlib.

Bu niyyətlə Daşqın Abbasov və Afiq Hüseynov 27 sentyabr 2013-cü il tarixdə saat 13 radələrində Ceyhun Qarayevin idarə etdiyi "VAZ-2101" markalı 21-BA-283 dövlət nömrə nişanlı avtomaşınla Şəmkir rayonunun Çinarlı qəsəbəsinə gəliblər. Orada Xədicə Mehdiyevanın avtobus dayanacağında tək dayandığını görən gənclər onu zorla avtomobilə mindiriblər.

Daşqın Abbasov Xədicəni uzaq qohumu olan Elşən Zamanovun Şəmkir şəhəri, M.Qəhrəmanov küçəsi 34 nömrəli evinə gətirib.

Daşqın Abbasov Afiq Hüseynovla birlikdə Xədicə Mehdiyevanı zorla avtomaşından düşürüb sözügedən evə aparıblar. Daşqın Abbasov Xədicədən könüllü qoşulub gəlməsi barədə ərizə yazmağa tələb edib. Xədicə Mehdiyeva onların hərəkətlərinə etiraz edərək gətirildiyi evin qab-qacaq şkafından mətbəx bıçağını götürüb və özünə xəsarət yetirmək istəyib.

Daşqın Abbasov cəld hərəkət etməklə Xədicənin əlindən bıçağı alıb. Bunu görən ev sahibi Elşən Zamanov və ailə üzvləri Xədicə Mehdiyevanın evlərindən aparılmasını tələb ediblər.
Bundan sonra Daşqın Abbasov cinayət əlaqəsində olduğu Afiq Hüseynovla birlikdə Xədicə Mehdiyevanı öz evinə qaytarmaq bəhanəsi ilə aldadaraq taksi ilə Şəmkir rayonunun Çənlibel kəndində yaşayan bibisi Şüküfə Kazımovanın evinə aparıb.

Orada Daşqın Abbasov Xədicə Mehdiyevadan anasına zəng edərək qoşularaq qaçdığını deməyi tələb edib. Xədicə Mehdiyeva onun bu tələbinə əməl etməyib.
Daşqın Abbasov düşünüb ki, əgər Xədicə ilə cinsi əlaqədə olarsa, o, evlənmək məcburiyyətində qalacaq. Bu səbəbdən Daşqın Abbasov Xədicə ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib.
O, Xədicə Mehdiyevanı evin ikinci mərtəbəsində yerləşən otağa salaraq qapını arxadan bağlayıb. Sonra qızın çarpayın üzərinə uzanmağı tələb edib.

Xədicə onun niyyətini başa düşüb və tələbini yerinə yetirməkdən imtina edib. O, Xədicə Mehdiyevaya qarşı fiziki zor tətbiq etməklə çarpayı üzərinə yıxıb. Sonra onunla zorla cinsi əlaqədə olmaq istəyib. Amma Xədicə müqavimət göstərdiyi üçün Daşqın Abbasov onunla cinsi əlaqədə ola bilməyib. Həmin vaxt Daşqın Abbasov Xədicə Mehdiyevaya bədən xəsarətləri yetirib.
Xədicə Mehdiyevanın valideynlərinin şikayətindən sonra Daşqın Abbasov, Afiq Hüseynov və Ceyhun Qarayev məsuliyyətə cəlb olunublar.

Daşqın Abbasov Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 29, 149.1-ci (zorlamaya cəhd) maddələri ilə, Afiq Hüseynov və Ceyhun Qarayev isə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların barəsində 7 il 7 ay 18 gün müddətinə şərti cəza təyin edilib.

Hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında işi hakim Çingiz Məmmədov araşdırıb.
Hakim heyəti prokurorluğun protestini təmin edib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Daşqın Abbasov 10 il, Afiq Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər. Ceyhun Qarayev isə şərti cəza alıb.



3438 dəfə oxunub.

Digər xəbərlər
29-04-2016, 11:30 Bakıda ayı peyda oldu

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
19-09-2017
bütün xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___