Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Məmurların sayı 30 faiz azaldılsın” - Milli Məclisdə təklif
Tarix: 02-12-2016 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Məmurların sayı 30 faiz azaldılsın” - Milli Məclisdə təklif


Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Milli Məclisin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Q. Həsənquliyev bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur:

“İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”. Q. Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: “Pensiyaları da ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşı da artırılmalıdır”.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___