Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaradılışın sirri nədir? — Müsahibə (2-ci Hissə)
Tarix: 02-12-2016 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər

Yaradılışın sirri nədir? — Müsahibə (2-ci Hissə)
Ötən sayımızda Quran ayələrinə əsaslanaraq tək insanın deyil, bəlkə bütün varlıqların sudan yaradıldığından və insan adlı varlığın yaradılışında torpaq, gil, palçıq və s. kimi ünsürlərin rol oynadığından söz açmışdıq.

Qeyd etdik ki, istər yaradılış aləmi olsun, istərsə də onun içində qərar tutan insan bir neçə mərhələdə yaradılmışdır. Amma yanlış anlaşılmasın deyə, onu da qeyd etmək istəyirik ki, mərhələli deyildikdə heç də bir vaxtlar Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsi nəzərdə tutulmur. Belə ki, mərhələli yaradılış, təkamül adlandırılan cərəyandan tam fərqli gerçəklikdir. Çünki mərhələli yaradılışda bir ünsürün başqa bir hala düşməsi və bu mərhələnin bir neçə dəfə təkrarlanması, təkamül deyildikdə isə bir canlının başqa bir canlıya çevrilməsi nəzərdə tutulur ki, bu da İlahi qanunlara ziddir. Yəni yaradılışdan söz açmaq heç də təkamül nəzəriyyəsinə meydan vermir, verə də bilməz!

Bu mövzu ilə bağlı suallarımızı ilahiyyatçı İsmayıl Əhməd cavablandırıb.

"Xəbəraz.az " İsmayıl Əhmədlə müsahibəni sizə təqdim edir:

- İlk insan nədən yaranıb? Darvinizm nəzəriyyəsinin əsası varmı?

- Quran ilk yaradılan insan üçün iki kəlmədən istifadə edir: “bəşər” və “insan” (Sad və Hicr surələri). Hər iki surədə insan adlı varlığın torpaqdan və sudan yaradıldığına işarə olunur və bir yerdə insan, başqa bir yerdə isə bəşər kəlməsindən istifadə olunur. Quranın təqdim etdiyi yaradılış mərhələsini darvinizmdən fərqləndirən başlıca cəhət də elə budur. Yəni Qurana görə həm insanı, həm də insanın yaranmasında əsas ünsür olan su və torpağın da yaradıcısı Allahdır! Bir halda ki, darvinizmdə yaradılışdan söhbət belə getmir. Burada müzakirə olunan mövzu bir varlığın başqa bir varlığa çevrilməsidir. Və bunu biz elm adlandıra bilmərik. Çünki elm adlandırılan gerçəklik bütün dövr və şəraitdə eyni nəticəni verməlidir. Bir halda ki, Darvinin iddiasında bunu müşahidə edə bilmirik. Yəni belə bir iddia irəli sürüldükdən sonra kimsə bir canlının (öz zahiri görünüşünü müəyyən qədər dəyişsə də) başqa bir varlığa çevrilməmişdir. Və insanın başqa bir varlıqdan yarandığını nə İslam, nə də təhrifə məruz qalmış digər səmavi dinlər də qəbul etmir. Darvinizm nəzəriyyəsinin əsassız olduğu qeyd olunan surələrdəki “bəşər” və “insan” ifadələri də bunu sübuta yetirir. Belə ki, insanı yaradan Allah onun su, torpaq, gil və s. halları üçün də “bəşər” və “insan” kəlmələrindən istifadə edir. Və darvinizmi yalnız o qədər ciddi nəzəriyyə hesab etmək olardı ki, bəşər və insan kəlmələri onun son və yekun mərhələsi üçün istifadə olunaydı. Bir halda ki, Quranda biz bunun tam əksini görürük.

- Adəmin necə yaradılışı barədə danışaq. Quran bu barədə nə deyir?

- Adəmin Cənnətdə yaradıldığı üzərində dayananlar onun yer ünsürlərindən, lakin Cənnətdə, yer üzü üçün yarandığı qənaətindədirlər. “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (Bəqərə, 35). Onlar öz fikirlərinin İlahi ssenari olduğunu sübuta yetirməyə çalışır, onun qadağan olmuş meyvədən istifadə olunmasına gəlincə, bunu günah kimi deyil, sadəcə unutqanlıq üzündən olduğunu və bu unutqanlığa görə də tövbə etdiyi və yalnız bundan sonra yer üzünə endirildiyini söyləyirlər. Yəni Adəmin timsalında sonra yer üzündə doğub-törəyəcək insanlara İlahi nemətlərin qədrini bilmək, bilmədikdə ondan məhrum olma ehtimalı təqdim olunur. Onu da qeyd edək ki, Adəmin necə və nə zaman Cənnətdə qərar tutması haqda Quranda hər hansı bir məlumat verilmir. Bizə məlum olan onun qadağan olan meyvədən yeyib oranı tərk etməsidir. Elə isə Adəmin yer üzündə deyil, Cənnətdə yaradıldığı və oradakı həyatı barədə məlumatlar haradan əldə olunub? Nəzəriyyə sahibləri bunu Peyğəmbərdən (s) nəql edilən mötəbər adlandırdıqları hədislərlə sübuta yetirməyə çalışırlar.

- Adəm Cənnət adlı məkanda yaradılmışsa, o hansı Cənnət olmuşdur?

- Ümumiyyətlə Quranda Cənnət təqdimatı necə olunur? Qurana görə Cənnət möminlərin (əməlisaleh insanların) mükafat olaraq əbədi məkanıdır. Və buradan belə bir sual yaranır: Əgər Adəm doğrudan da yer üzünün ünsürlərindən yaradılıb sonra Cənnətə aparılmışsa və etdiyi günaha (və ya unutqanlığına görə) necə əbədi məkandan çıxarıla bilərdi?! Bildiyimiz kimi, Allah-Taala Öz kitabında verdiyi vədə qarşı çıxmadığından xəbər verir. Adəmin Cənnətdə yaradıldığını hesab edənlərə “o necə Cənnətdir ki, ora şeytan belə yol tapa bilir?” sualına Qurandan heç bir əsası olmayan belə bir cavab verirlər: Şeytan Allahın dərgahından qovulduqdan sonra qazandığı addır. Belə ki, bundan əvvəl onun adı İblis (və ya Əzazil) olmuş və o neçə min mələklərlə birlikdə namaz qılmışdır. Bir halda ki, Quran Kəhf surəsində İblisin mələklərdən deyil, cinlərdən olduğunu açıq aşkar bəyan edir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi” (50-ci ayə). Amma buradan belə bir sual yaranır: İndiki İblis mələklərdən biri olmamış və yaradılış baxımından da cin olaraq onlardan fərqli olmuşsa, onda nə üçün Allah-Taala ona da mələklərlə birlikdə Adəmə səcdə etməsini əmr edir? Cavabını deyə bilərik ki, qeyd olunan ayə ilə yanaşı, Allahın birbaşa İblisə müraciət etdiyini də biz Quranda görürük. Əraf surəsinin 12-ci ayəsi buna misal ola bilər: “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu”. Elə isə nə üçün bir yerdə Allah mələklərlə İblisə birlikdə, bir yerdə isə təklikdə müraciət edir. Bunu başa düşmək üçün çox sadə misala ehtiyac duyuruq. Bir sinifdə 30 şagird varsa və onların 25-i əlaçı, 5-i isə tənbəldirsə, Allah 25 nəfərə xas xüsusiyyətlə müraciət edər. Bunu nəzərdə tutaraq Quranda mələklərin Allah qarşısındakı itaətkarlığını bəyan edən üç ayəyə nəzər yetirdikdə də onların İlahi əmrə birmənalı olaraq itaət etdiklərini və bir an da olsun Onun əmrindən çıxmadıqlarını görürük.

Hazırkı ardıcıllıq baxmından Adəm barədə verilən ilk xəbər Bəqərə surəsinin 30-cu ayəsinə aiddir. Bəzi tərcümələrdə ayədə istifadə olunan “cəələ” kəlməsi yanlış olaraq “yaratmaq” mənasında da qələmə verilmişdir. Bir halda ki, burada yaradılış deyil, hansısa vəzifəyə təyin olunması nəzərdə tutulur. Belə ki, “cəələ” ərəb dilində “bir şeyi haradasa qərar vermək” mənasını verir. Lakin bununla razılaşmayanlar Hicr surəsinin 28-ci və Sad surəsinin 71-ci ayələrində “xələqə” kəlməsinin məhz yaratmaq mənasında istifadə olunduğunu əsas gətirirlər.

1. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min səlsalin min səmain məsnun) - “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!”.

2. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min tinin) - “(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam”.

Bəli, hər iki ayədə “cəələ” kəlməsi yaratmaq mənasında istifadə edilib. Lakin diqqət yetirmək lazımdır ki, hər iki yerdə “cəələ” kəlməsi ilə yanaşı, insanın yaradılışında istifadə olunan “səlsal” və “tin” palçıq kəlmələrindən istifadə olunur. Eyni surədə (Sad surəsində) “cəələ” kəlməsi Davud peyğəmbər (ə) barədə də istifadə olunaraq onun yer üzündə xəlifə təyin edildiyinə işarə olunur.

- Qeybdən xəbərin gəlməsindən danışaq.

- Bəqərə surəsinin 30-cu ayəsinin ikinci hissəsində diqqəti başqa bir məqam çəkir. O da mələklərin Allaha “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” sualı ilə müraciət etmələriylə əlaqəlidir? Verilən sualın özün barədə belə bir sual yaranır: Mələklər bəşər övladının qan tökəcəyini haradan bilə bilərdilər?

Cavabında iki fikir irəli sürülür:

1) Mələklər bunu lövhi-məhfuzdan oxumuşlar.

2) İnsanlardan əvvəl yer üzündə cin tayfaları olmuş, onlar bir-birlərinin qanını tökmüş və mələklər də bunu görüb Allaha belə bir (etiraz xarakerli) sual vermişlər.

Belə bir yanaşma qeyri-ciddi nəzərə çarpır. Əvvəla ona görə ki, təsəvvürümüzdə lövhi-məhfuz kimi yer alan bir gerçəklik materiya halında olan və üzərində olub-keçənlər yazılan iri lövhə deyil, bəlkə İlahi elmdir. Cinlərə gəlincə, belə bir yanaşma da qənaətbəxş deyil. Çünki bir qövm və tayfanın etdiyi günah və itaətsizliklər, bunun nəticəsində də məhvə məhkum olmaları başqa bir qövmün eyni aqibətə məhkum olma anlamına gəlmir. Hər iki mənanı nəzərdən keçirib verilən cavabın əsassız olduğu ortaya çıxır.

- Elə isə mələklər qeybdən necə xəbər verə bilərdilər?!

- Bir halda ki, Nəml surəsinin 65-ci ayəsinə görə qeybi birmənalı olaraq bilən Allahın Özüdür: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!”. Demək mələklər qeybi bilməmiş, bilmədikləri üçün də belə bir sualı vermişlər. Elə isə mələklər belə bir bilgiyə necə sahib olmuşdular. Suala cavab vermək üçün ayənin tərcüməsinə yenidən nəzər salmalıyıq: “Yer üzündə fitnə-fəsad törətməkdə və qan tökməkdə olan bu varlıqlarımı xəlifə olaraq təyin edirsən?”. Yəni insanlar artıq var, yaşayır, bir-birlərinin qanını tökür və mələklər də bunu görüb belə bir etiraz xarakterli sual ünvanlayır, Allahdan da növbəti ayədə onları razı salacaq cavabı alırlar. Bu isə o deməkdir ki, Adəm ilk insan deyil, həmin insanlar arasından seçilərək peyğəmbərliyə təyin olunan ilk peyğəmbərdir. Əlbəttə, bu bir baxışdır, daha doğrusunu Allah bilir.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
16-06-2017, 10:51 Əsgərimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___