Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gözəl görünmək istəyən xanımlar üçün - Özəl maska
Tarix: 01-12-2016 | Saat: 18:42
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər

Gözəl görünmək istəyən xanımlar üçün - Özəl maska


Gözəl görünmək hər qadının arzusudur. Hansı qadın təmiz və qüsursuz dəriyə sahib olmaq istəməz ki?! Ancaq bunun üçün xanımlar evdə dərilərinə qulluq etməli, müxtəlif maskalar düzəltməlidirlər.

"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, kosmetoloq Xariqə Quliyeva 3 özəl maska reseptini açıqlayıb.

Kosmetoloq yağlı dərilər üçün bal və banan maskası məsləhət görür. Bu maska dəridəki yağı tarazlayır və ölü dərilərin aradan qaldırılmasını təmin edir.

Tərkibi:

- 3 xörək qaşığı əzilmiş banan

- 1 çay qaşığı bal

- Bir neçə damcı limon suyu

Hazırlanması:

Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla durulayın.

X. Quliyeva quru dərilər üçün qidalandırıcı maskanın hazırlanması qaydası ilə sizi tanış edir.

2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Qarışıq dərisi olan xanımlar isə bu maskadan faydalana bilər.

Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz. Bu maskanın tərkibindəki bal dəriyə elastiklik verir və onu gəncləşdirir. Xiyar isə dərini nəmləndirir.


Xəbəri paylaş

1 4408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___