Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşıq və qaza necə qənaət edək? — KİÇİK MƏSLƏHƏTLƏR
Tarix: 30-11-2016 | Saat: 17:24
Bölmə:Karusel / Maraqlı / Bizim seçim | çapa göndər

İşıq və qaza necə qənaət edək? — KİÇİK MƏSLƏHƏTLƏR


Bunları etməklə müəyyən dərəcədə büdcəmizə qənaət etmiş olarıq.


Dünəndən bəri ölkə gündəmini zəbt edən əsas məsələlərdən biri də qaz və elektrik enerjisinin qiymətlərinin artırılması xəbəri oldu.

İndi hər kəsi düşündürən suallardan biri də necə edək ki, qaz və enerjidən istifadə etməklə büdcəmizə ziyan vurmayaq. Kiçik məsləhətlərə əməl etməklə müəyyən dərəcədə büdcəmizə qənaət etmiş olarıq. Bunlardan bir neçəsini diqqətinizə çatdırırıq:

İşığa qənaət

Çilçıraqların işıqlandırılması zamanı enerjiyə qənaət edən lampalardan istifadə olunmalıdır. Belə ki, bu lampalar adilərindən daha uzunömürlü olur. Eləcə də, işığa qənaət zamanı işıq diodlu lampalardan da istifadə etmək olar.



İşığa qənaət zamanı işıqlandırmanı düzgün seçmək lazımdır. Misal üçün, mənzillərin divarlarını ağ tonlu etmək, pərdələri ağ rəngdə seçməklə də işıqlandırmaya kömək etmiş olursunuz. Pəncərələrdə təbii işıqın qarşısını kəsəcək dibçək, güldan və başqa əşyalar qoymaq lazım deyil. Beləcə işıqdan az istifadə etməklə təbii işıqlandırma vasitəsilə büdcənizə də xələl gətirmiş olmazsınız.

İşıqlandırma zamanı çilçırağın bütün işıqlarını yandırmaq da lazım deyil. Otaqların işıqlandırılması zamanı divar şamdanı və çıraqlardan da istifadə etmək olar. Misal üçün, otaqda təksinizsə və ya otağın bir hissəsində əyləşmisinizsə bütövlükdə çilçırağı yandırmağa ehtiyac yoxdur. Sadəcə divar şamdanını yandırmaqla kifayətlənə bilərsiniz. Eləcə də, çilçıraqlarınızı tez-tez yumaq da işıqlandırmanı artırır.

Elektrik cihazlar

Hazırda bir çoxlarımızın evinin pəncərələri taxtadandır. Bu da otağın qızıdırılması zamanı istiliyin pəncərələrdən çıxmasına səbəb olur. Belə çıxır siz otağı qızdırmaqla yanaşı, küçəni də qızdırmış olursunuz. Bu da otağın gec qızmasına, sizin də büdcənizə xələl gətirir. Belə pəncərələri daha çox plastik pəncərələrlə əvəzləmək olar.



Mənzildə elektrik şəbəkəsi

Bəlkə də bir çoxlarımız bilmir ki, elektrik şəbəkəsi vasitəsilə də enerjiyə qənaət etmək olar. Məsələ burasındadır ki, elektrik şəbəkəsinə qoşulmuş üçlük və uzadıcılar da enerjiyə müqavimət göstərərək daha çox sərfiyyata səbəb olur. Eləcə də, elektrik şəbəkəsinə qoşulmuş üçlük və uzadıcılar da sönük halda belə enerji sərf edir.



Cihazlarda “standby” rejimi

Qeyd edək ki, televizor, musiqi cihazları və DVD-lər də sönük halda belə “standby” rejimində enerji istifadə edirlər. Bu rejim nədir? Bu, cihazın enerji şəbəkəsinə qoşulmuş olduğunu göstərən işıqdır.



Misal üçün, sönük halda belə “standby” rejimində hansısa cihaz 1 saat ərzində 11 Vt enerji sərf edir. Bunu aya vursaq istifadə etmədiyimiz enerjiyə görə pul ödəməli oluruq. Bu da təbii ki, büdcəmizə ziyan edəcək rəqəmlər ortaya çıxarır.

Mətbəxdə enerjiyə qənaət

Mətbəxdə elektrik sobasından istifadə edənlərin nəzərinə. Yemək bişirərkən qazanın qapağını bağlasaq bu, daha az enerji istifadə olunmasına səbəb olar. Belə ki, qazanın qapağı bağlı olarsa, 2,5 dəfə enerjiyə qənaət etmiş olarsınız.

Bir kiçik məsləhət daha. Yemək hazırlayarkən tavadan istifadə etmək daha məqsədəuyğundur. Belə ki, tava tez qızdığı üçün yemək üç dəfə daha tez bişir. Enerji isə iki dəfə az istifadə olunur. Minalanmış, alüminium və teflon örtüklü qab-qacaqdan imtina etmək lazımdır. Eləcə də elektromaqnit sobalarında yeməyi qızdırmaq daha məsləhətlidir. Belə ki, onlar yeməyi tez qızdıraraq enerjiyə daha çox qənaət edir.



Bir çox insanlar bir stəkan çay içmək üçün 1 lirt suyu qaynadır. Nəticədə həm su, həm də enerji sərf etmiş olur. Yaxşı olar ki, suyu qaynatdıqdan sonra termoslarda saxlayasız. Beləcə termosda su isti qalar. Bu da sizin büdcənizə xeyir gətirər.

Soyuducu

Əgər soyuducunuz istilik sistemi və ya qaz plitəsinin yanındadırsa bu, çox pisdir. Belə ki, soyuducu daha çox enerji sərf edəcək. Beləcə tez sıradan çıxacaq, həmçinin enerji çox sərf edəcək. Eləcə də soyuducuya isti xörək qoymaq, lazımsız olduğu halda qapısını tez-tez açmaq olmaz. Bu da soyuducunun tez-tez yanıb sönməsinə, enerji sərf etməsinə səbəb olacaq.

Məişət texnikası alarkən A sinif seçilməsi də enerji, suya qənatə etməyə yardımçı olur.



“Ağıllı ev” sistemi

Türkiyə televiya ekranlarındakı reklamlardan daha çox bu ifadəyə rast gəlirik. Bunun üçün kompüter vasitəsilə enerjiyə qənaət üçün xüsusi avtomatik rejim proqramı yüklənir. Bu proqramı telefonunuza da yükləyə bilərsiniz. Bu sadə sistem olsa da, bir qədər mürəkkəbdir. Bu zaman xüsusi qurğular lazımdır ki, sərf etdiyiniz enerjini ölçsün. Eləcə də sərf edilən enerji hesabatını göstərsin.



Bu proqram vasitəsilə avtomatik olaraq müxtəlif elektirk cihazlarını yandırıb-söndürmək olur. “Ağıllı ev” vasitəsilə evdə olmadığınız müddətdə yanıq vəziyyətdə qalmış soyuducu, kondisioner və ya TV-ni söndürə bilərsiniz.

Köməkçi vasitələr

Hətta otaqda bir lampa yandıqda belə ona xüsusi qurğu qoşmaqla işıqlandırmanı artırmaq olar. Bu, dimmerdir. Dimmer qurğuları işıqdiodlu lampalara qoşaraq işıqlılığı tənzimləmək olar. Bu qurğunu uzaq məsafədən də idarə etmək mümkündür.



Daha bir köməkçi vasitə - hərəkət vasitəsilə qurğular. Bunu evlərinizdə, dəhlizlərdə quraşdırmaqla da enerjiyə qənatə etmiş olursunuz. Hərəkət vasitəsilə qurğuları elə nizamlamaq lazımdır ki, onlar otaqdan çıxdığınızdan 5 dəqiqə sonra sönsün. Belə ki, otaqdan bir neçə dəfə çıxıb qayıda bilərsiniz. Bu da qurğunuz tez sıradan çıxamasına səbəb olur.



Məişətdə vatt ölçən cihaz

Bu cihaz vasitəsilə elektrik şəbəkəsində olan nasazlığı, qısaqapanmanı təyin etmək olar. Bunun vasitəsilə hansı şəbəkədə enerjiyə qənaət etməyi daha yaxşı bilmək olar.

Qaza qənaət

Həyət evləri və mənzillərdə qaz əsasən yemək bişirmək, suyun qızıdırılması və istilik üçün istifadə edilir. Hazırda qış fəsli olduğu üçün bu məsələ ailə büdcəsinin böyük hissəsini təşkil edir.



Məişətdə qaza qənaət

Yemək bişirərkən qazı yüksək təzyiqdə istifadə etməyin. Bu həm bişirilən yeməyə, həm qaza və avadanlığa, eləcə də büdcəyə ziyandır. Belə ki, qazın ən yüksək temperaturu alovun uclarındadır. Vanna qəbul edərkən, qabları yuyarkən suyu qənaətlə istifadə etmək yaxşı olar. Bu, həm qaza, həm suya, həm də işığa qənaət edəcək.

Həyət evlərində qaza qənaət

Həyət evərində qaza qənaətə gəlincə bu, əsasən otaqların qızdırılmasına istifadə olunur. İlk növbədə divarları penoplastla təcrid etmək olar. Daha bir məsləhət: təzyiqi 2-2,5 dərəcədə azalada bilərsiniz. Həyət evlərində imkan varsa odun sobasından da istifadə etmək olar. Eləcə də, avtomatlaşdırılmış istilik sistemlərindən istifadə etmək olar: bütün batareyalara istilik başlıqları yükləmək (15-20% qənaət edir).

Otaq temperaturunda istilik qazanının istifadəsi üçün avtomatik rejim quraşdırılmalıdır. Belə olan halda temperatur göstəricisi suyu sistemə uyğun olaraq müntəzəm qızdıracaq. Bu zaman istilik qazanı nadir qoşulacaq, otağın temperaturu normal qalacaq. Dolayısıyla qaz qənatə rejimində istifadə ediləcək. Qaz termo-nizamlayıcı vasitəsilə xüsusi uyğunlaşdırma ilə gecələr istiliyin təzyiqini azaldıb, evdə olmadığınız zaman avtomatik söndürmə olar. Evə gəlmədən 2 saat öncə yenidən yandırmaq olar.

Yuxarıda qeyd edilənlər sadəcə kiçik məsləhətlərdir. Lakin hər kəs büdcəsinə ziyan etməmək üçün nəzarəti özü nizamlamalıdır.



Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___