Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO
Tarix: 30-11-2016 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
"Xəbəraz.az " xəbər verir ki, o, 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm (“Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim (“Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər (“Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi (“Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen (“Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi (“Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli (“Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər (“Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə (“Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən (“Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis (“Talelər qovuşanda”, R. Hacıyev), Polis (“Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi (“Bir günlük siğə”, S. Fərəcov), Jevakin (“Evlənmə”, N.V. Qoqol), Molla Salman (“Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi (“Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər (“Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis (“Şeytanın yubileyi”, O. Rəcəbov), Axund (“Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Qeyd edək ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO


Xəbəri paylaş

8868 dəfə oxunub.

Digər xəbərlər
6-05-2017, 09:31 Neft bahalaşır

bütün xəbərlər
____ Instagram ___