Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təyyarə qəzasında ölən futbolçulardan ikisi Azərbaycanda oynayıb - YENİLƏNİB - FOTO
Tarix: 29-11-2016 | Saat: 13:43
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Təyyarə qəzasında ölən futbolçulardan ikisi Azərbaycanda oynayıb - YENİLƏNİB - FOTO

Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. "Report"un məlumatına görə, bunlar Filip Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Maçado 2010/2011 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Hazırda 32 yaşı olan müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.
30 yaşlı müdafiəçi Villiam Tieqo de Xesus isə "Xəzər Lənkəran"da forma geyinib. 2014-cü ilin yanvarında onunla 1.5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
"360 Radio Colombia" qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.

----------

11:45

Braziliyada baş verən təyyarə qəzasından ölən futbolçular arasında "Xəzər Lənkəran"ın sabiq oyunçusu da var.



"Xəbəraz.az " xəbər verir ki, bu 2014/2015-ci illərdə Lənkəran klubunda çıxış etmiş Vilyam Tyaqo dur.

"Sambaçı" son olaraq "Şapokoense"də oynayırmış. Məhz o da "Atletiko Nasional"la oyun üçün səfərə yollananlar arasında olub.

Təyyarə qəzasında ölən futbolçulardan ikisi Azərbaycanda oynayıb - YENİLƏNİB - FOTO



Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___