Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Avtomobil cərimə meydançasında söküldü - İçindəkilər yoxa çıxdı - VİDEO
Tarix: 28-11-2016 | Saat: 00:16
Bölmə:K, Hadisə, Xəbəraz TV | çapa göndər

Avtomobil cərimə meydançasında söküldü - İçindəkilər yoxa çıxdı - VİDEO


Cərimə meydançasında saxlanılan avtomobilin ehtiyat hissələri sökülüb.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, Bərdədə məskunlaşan Kəlbəcər rayon sakini Əvəz Həşimov ötən ilin dekabr ayında idarə etdiyi minik avtomobili ilə birlikdə yol polisi əməkdaşları tərəfindən saxlanılıb və ödənməmiş cəriməsinə görə üzərində həbs olduğu üçün maşın cərimə meydançasına yerləşdirilib. Əvəz Həşimov iddia edir ki, həmin vaxt avtomobildə noutbuk və xeyli pul olub. 2 gün sonra cərimə meydançasına gəldikdə isə nə pulu, nə də noutbuku maşında tapıb.

Əvəz Həşimovun sözlərinə görə, səhhətində yaranan problemlərlə əlaqədar olaraq bu müddət ərzində paytaxtdakı xəstəxanalardan birində müalicə alıb. Avtomobil təxminən 11 ay cərimə meydançasında qaldıqdan sonra o cəriməsini ödəyərək avtomobilini götürmək istəyib. Məlum olub ki, avtomobilin ehtiyat hissələri sökülüb.

İndi Əvəz Həşimov ona dəymiş ziyanın ödənilməsini tələb edir. O, bildirir ki, bununla bağlı adiyyəti qurumlara rəsmi şəkildə müraciət də edib.

Məsələylə bağlı Bərdə rayon dövlət yol polisi bölməsindən bildirildi ki, sürücünün iddialarının heç də hamısı doğru deyil. Belə ki, o saxlanılarkən həmdə içkili vəziyyətdə olub. Ödənilməmiş 116 manat cəriməsindən əlavə ona 800 manat cərimə yazılıb. Bunlar onun imzaladığı protokolda da əksini tapıb. Üstəlik protokolda avtomobildə olan əşyalar siyahısında pul, notbuk və maqnitafonun olması götürülməyib. Sürücü bunu da inmzası ilə təsdiq edib. O ki, qaldı avtomobilin ehtiyat hissələrinin sökülməsinə, bununla bağlı Əvəz Həşimovun müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılır.




1258 dəfə oxunub.

Digər xəbərlər
15-02-2016, 12:47 Göygöldə meyit tapıldı

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
29-03-2017
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___