Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəkidə iki uşaq anası öldü: "Dedi ki, qoy uşaqlarımdan doyum" - VİDEO
Tarix: 26-11-2016 | Saat: 18:44
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Şəkidə iki uşaq anası öldü: "Dedi ki, qoy uşaqlarımdan doyum"  - VİDEO


18:24

Şəkidə 31 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

ARB Şəki xəbər verir ki, hadisə ötən gecə saat 4 radələrində Şəki şəhəri, Səlahəddin Kazımov küçəsi ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın hamam otağında paltar yuyarkən dəm qazından zəhərləndiyi məlum olub.

Şahilə Ədilova - mərhumun qaynanası: "İşdən gəlib uşaqlarını öpüb qucaqladı. Dedi ki, qoy uşaqlarımdan doyum. Səbəbin soruşanda cavab verdi ki, işdə oluram deyə uşaqlarımı görmürəm. Qaynana-gəlin söhbət etdik. Sonra mən uzandım. Oyananda gördüm ki, hamamın da işığı yanır, həyətin də. Hamam tərəfdən səs gəlmədi. Hamama qaçdım ki, üzü üstə yıxılıb".

Adil Ədilov - mərhumun qaynatası: "Gecə uşaqların yeməyini hazırlamamış yatmırdı".

Videonu izləmək üçün şəklə klikləyin:
Şəkidə iki uşaq anası öldü

----------

09:13

Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

"Xəbəraz.az "xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 04 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib.

Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub.

İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəki Prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___