Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İLGİNC OLAY: Zəlzələ okean dibini qurutdu - VİDEO
Tarix: 25-11-2016 | Saat: 19:59
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

İLGİNC OLAY: Zəlzələ okean dibini qurutdu - VİDEO


Yeni Zelandiyada noyabrın 13-ü güclü yeraltı təkanlar 24 saatdan artıq müddətdə davam edib.

"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, zəlzələnin episentri Kraystçerç şəhərinin şimal-şərqində olub.

Rixter cədvəli üzrə 7,8 bal gücündə olan ən güclü zəlzələ isə Kaikour şəhərində noyabrın 14-ü 180 kilometr dərinlikdə baş verib.

Yeraltı təkanların nəticələrindən biri Kaikour yaxınlığında tektonik plitələrin ciddi yerdəyişməsi olub: Yerdəyişmə zamanı okean dibinin bir hissəsi dəniz səviyyəsindən yuxarıda qalıb və Papatea körfəzinin bir hissəsini okeandan ayırıb.
Ümumilikdə sahil xətti orta hesabla iki metr, bəzi yerlərdə isə beş metrə qədər hündürlüyə qalxıb. Buna səbəb isə tektonik piltələrin horizantal deyil, bucaq altında qalxması olub. Qəfildən quruya çevrilən okean dibində yosun, ölmüş balıqlar və xərçənglər qalıb.

Qeyd edək ki, daha əvvəl Kraystçerçdə Yeni Zelandiyada tarixində ən güclü zəlzələlərdən biri baş verib. Həmin vaxt 185 nəfər təbii fəlakətin qurbanı olmuşdu. Bu dəfə yeraltı təkanların gücü daha güclü olub, lakin episentrin insanların az məskunlaşdığı yerdə olması insan tələfatının daha az olması ilə nəticələnib. Bu dəfəki zəlzələ nəticəsində iki nəfər ölüb, onlarla insana xəsarət dəyib.




Xəbəri paylaş

9728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___